Page 138 - Danilenko
P. 138
Vladimir Danilenko

– Bәs sәn?

– 7-b sinfindә.

– Nippel sizin sinifdә oxuyur?

– Nippel, Dupel, Kolbasa – hamısı bizim sinifdәndir.

Bunlar bütün rayonda ad çıxarmış şuluq, xuliqan uşaqların

adlarıydı.

Qız saçını qısa kәsdirmişdi: saçları biz-biz dururdu, hiss

olunurdu ki, ipә-sapa yatan adam deyil.

– Mәşhur sinifdә oxuyursan, – musiqinin sәsini batırmaq

üçün mәn dә qışqırdım. – Yәqin, hәr gün kimisә direktorun

otağına aparırlar.

– Mәni dә “gestapo”ya aparmışdılar, – qız fәxrlә dedi. –

Kimya müәllimәsi çuğullamışdı: gündәliyimә yazmışdı ki,

“Tәnәffüs zamanı saqqız partladır. İrad tutanda deyir ki, “mil-

çәklәri qovuram”.

– Harada yaşayırsan?

– Yaltınski küçәsindә.

– Bәs sәn?

– Novo-Darnitskidә.

– Mәnim siseronlarım xoşuna gәlir? – qız sinәsini qabar-

dıb, gözümün içinә zillәndi.

Onun döşlәrini görmәdim. Yәqin, ona görә ki, qaranlıq idi,

hәm dә, koftası çox büzmәliydi.

– Әladır! – dedim.

Musiqinin gurultusundan sәsimi heç özüm dә eşitmәdim.

– Qәsdәn kiçik döşlük geyirәm ki, döşlәrim iri görünsün.

– Mәktәbi bitirәndәn sonra nәylә mәşğul olacaqsan? –

ondan soruşdum.

138 – Kişi jurnallarının üz qabığında qadın alt paltarlarını
reklam etmәk istәyirәm.

Sinfimizdә hamı bankir, vәkil, top-model, siyasәtçi, iş

adamı olmaq istәyir. Tәkcә mәnim arzum yoxdur. Yalnız onu

arzulayıram ki, atamla anam barışsınlar, hәr şey әvvәlki kimi

olsun.

– Bәs sәn kim olmaq istәyirsәn? – qız soruşdu.

– Hәlә bilmirәm, bir şey fikirlәşәrәm.
   133   134   135   136   137   138   139   140   141   142   143