Page 120 - Danilenko
P. 120
Vladimir Danilenko
atamın fәdakar çıxışından sonra ev sahibi onları furşetә dәvәt
edәndә, qonaqların üzündә sevinc ifadәsi vardı: hiss olunurdu
ki, onların çoxu buraya elә-belә vaxt keçirmәyә vә yeyib-
içmәyә gәlib.
Ev sahibi zalın qapısını açan kimi qonaqlar hay-küylә
böyük, uzun stola sarı axışdı. Stolun üstü araq, konyak, çaxır
vә lәzzәtli yemәklәrlә dolu idi. Qızıl sırğa, brilyant üzük
taxmış qadınlardan biri buterbrodları salfetә büküb, çantasına
qoyurdu. Qadının boynundan qızıl kulon asılmışdı.
– Bunları itim üçün götürürәm, – anamla mәnim ba-
xışlarımı öz üzәrindә hiss edәn qadın tövrünü pozmadan dedi.
Atamla ev sahibi bizә yaxınlaşdılar. Atam ona deyirdi:
– Qrabovski hәmişә tonallıq vә atonallıq arasındakı zid-
diyyәti aradan qaldırmağa, onları öz estetikasında birlәş-
dirmәyә çalışıb.
Deyәsәn, ev sahibinin fikri dağınıq idi – hiss olunurdu ki,
öz alәmindәdir. O, bizi çoxlu tablolar asılmış divarın önünә
gәtirdi.
– Yeri gәlmişkәn, bu, Yablonskayanın1 әsәridir.
– Gözәl tablodur, – anam cavab verdi.
– Bu, Arxipenkonun2, bu isә Maleviçin3 әl işlәridir, – Nujnı
şәkillәri göstәrirdi. – Bunlar da orijinaldır. Bu yaxınlarda Vik-
tor Zaretskinin4 “Ehtiraslar bağı” әsәrini dә aldım.
Qırmızı, qara, mavi rәnglәrin üstünlük tәşkil etdiyi tabloya
baxdım. Şәkildә kişilәrlә qadınlar pıçıldaşırdılar. Bu, hәlә ki,
mәndәn gizlәdilәn hansısa hәyat hәqiqәtinin şәkliydi.
Ev sahibi harasa çıxıb getdi vә biz, nәhayәt, yemәyә
girişdik. Gözlәnilmәdәn yanımızda bir kişi peyda oldu. Hәdsiz
120 dәrәcәdә arıq, zәif adam idi. Atam onunla çox ehtiyatla
salamlaşdı, deyәsәn, qolunu sındırmaqdan qorxurdu. Xәstәhal
1Tatyana Yablonskaya (1917–2005) – ukraynalı rәssam
2Aleksandr Arxipenko (1887–1964) – Ukrayna mәnşәli amerikalı heykәltәraş,
heykәltәraşlıqda kubizmin banisi
3Kazimir Maleviç (1878–1935) – ukraynalı rәssam-avanqardist, suprematizm vә
kubofuturizmin әsasını qoyub.
4Viktor Zaretski (1925–1990) – ukraynalı rәssam