Page 114 - Danilenko
P. 114
Vladimir Danilenko
– Hamısı paxıllıqdandır.
O, yerindә qurcuxub, başını aşağı dikmişdi.
– Sonra nә oldu?
– Sonra, – o, sakit sәslә dedi, – mәnә Raxmaninovun “İkin-
ci konsert”ini ifa etmәyә imkan verdilәr. Konsertdә valtor-
naçının da çıxışı nәzәrdә tutulmuşdu. Konsert zamanı
valtornaçı işinin öhdәsindәn gәlә bilmәdi, amma uğursuzluğu
mәnim ayağıma yazdılar.
– Niyә axı?
– Ona görә ki, valtornaçı Kukuriykonun kürәkәni idi, –
atam barmaqlarını oynatdı, sanki görünmәyәn pianonun
dillәrini basırdı. O, hәyәcanlananda hәmişә belә elәyir. – Odur
ki, mәnә “qeyri-peşәkar” damğası vurub, filarmoniyadan qov-
dular.
– Bәs Kukuriyko sәnin yerinә kimi götürdü?
– Nә bilim, kimisә götürüb…
Biz kiçik otaqda oturmuşduq. Hәr tәrәfdә kitablar, musiqi
disklәri, mәnim sevimli filmlәrimin yazıldığı kasetlәr gözә
dәyirdi. Üstündә sarı dibçәk olan dolab da disklәrlә doluydu.
Divanda, atamın yanında oturmuşdum. Hiss edirdim ki,
mәndәn kömәk gözlәyir. Bәlkә dә, anamdan çox mәnim
dәstәyimә ehtiyacı vardı. O, ayağını ayağının üstünә aşırıb
oturmuşdu, dabanına yamaq vurulmuş corabı çәkәlәkdәn çölә
çıxmışdı.
– Deyәsәn, çiçәk soluxub, – o, dibçәyә işarә etdi.
Mәnә tәәccüblü gәlirdi ki, yaradıcı xaosdan yaxa qurtara
bilmәyәn, heç nәyә yaxından diqqәt etmәyәn atam belә xırda
şeylәri sezә bilir. Mәnә elә gәlirdi ki, qayğıları bitib-
tükәnmәyәn atam hәmişә nә barәdәsә fikirlәşir, heç vaxt xırda
114 detalları görmür vә ya mәhәl qoymur.
– Fikus su sevәn bitki deyil. Anam onu tez-tez sulamağa
başlayıb.
– Bilirsәn, – atam başını qaldırdı, – Baxın әsәrlәrini ifa
edәn pianoçuların arasında elәlәri var ki, mәsәlәn, Qlenn
Qulddan1 da yaxşı çalır. Tәvazökarlıqdan uzaq olsa da, demә-
1Qlenn Quld (1932–1982) – kanadalı pianoçu