Page 113 - Danilenko
P. 113
nim qarayanız, qıvrımsaç günəşim
canlanır, yeni konsertlәr vә qastrol sәfәrlәri ilә bağlı planlar 113
qurmağa başlayır.
Nәhayәt, orkestr Fransa, İsveçrә vә Lixtenşteyndә konsert
vermәk üçün yola çıxır. Yenә dә, getdiklәri hәr yerdә atamın
bәnzәrsiz ifasını vәsf edәn yazılar dәrc olunur. Lixtenşteyndә
baş tutan konsertdәn sonra isә Lixtenşteyn knyazının arvadı
Mariya Aqlaya Kinski fon Vxinits onunla şәxsәn tanış olmaq
istәyir. Qadının axşam paltarına, ciddi saç düzümünә, tәm-
kinli-ağır davranışına baxanda, qәdim әsilzadәlәr nәslindәn
olduğunu dәrhal hiss etmәk olurmuş. Atam alman dilini yaxşı
bilmәsә dә, görüş zamanı qadının nә dediyini başa düşür:
– Çox mәharәtli ifa idi, musiqini mәmnunluqla dinlәdim,
– knyaz arvadı onun әlini sıxıb, tәşәkkür edir.
Qastrol sәfәrindәn sonra atam anamın ad gününә yaxşı bir
hәdiyyә almaq fikrinә düşür. Amma Kukuriyko ona vur-tut
yüz avro ödәyәndә, tәәccübdәn gözlәri bәrәlir.
– Avropa mәtbuatında әks-sәda doğuran fortepiano kon-
sertlәri bu cür qiymәtlәndirilir? Bәs tarif dәrәcәsi? – atam
әsәbilәşir. – Qastrol turnesinә görә mәnә yüz avro ödәyirsiniz?
– Azdır? Sәni qastrola aparmaya da bilәrdim! Sәn mәnә
tәşәkkür etmәlisәn, – Kukuriyko soyuq sәslә cavab verir.
– Siz orkestrin qazandığı pulları mәnimsәyirsiniz, – atam
qulağının dibinәcәn qızarır.
– Nә?! – Kukuriyko stolun arxasından qalxır. – Mәnә ağıl
öyrәdirsәn? Orkestrә nә qәdәr pul verirәm, özümә nә qәdәr
götürürәm, bundan sәnә nә?
– Konsertlәrdә hәmişә anşlaq olurdu, boş yer tapılmırdı.
Hәlә mәtbuatdakı tәrifli yazıları demirәm. Heç olmasa, tarif
üzrә haqqımı ödәyin…
– Burada pulun miqdarını mәn müәyyәnlәşdirirәm, tarif
yox! – dirijor yumruğunu stola vurub, atamın sözünü kәsir.
Atam Odessa, Lvov, Xarkov vә Çernovtsıda konsert
proqramları ilә çıxış edәndәn sonra Kukuriyko ona daha çox
nifrәt elәmәyә başlayır.
– Niyә sәni görmәyә gözü yoxdur? Ona nә pisliyin keçib? –
bir dәfә atamdan soruşdum.