Page 112 - Danilenko
P. 112
Vladimir Danilenko

– Çıxmağına çıxmışam. Amma sabah yenә onların ayağına

gedib, yalvarmalı olacağam ki, mәni geri götürsünlәr. Doğru-

danmı ömrümün axırına kimi ailәni mәn saxlamalıyam?

Anamın gözlәri yaşardı, o, yumşaq çәhrayı xalatının cibin-

dәn dәsmal çıxardı.

– Mәgәr mәn haçansa işdәn boyun qaçırmışam? – atam

incik sәslә dedi.

– Sәn boyun qaçırmırsan, amma nәdәnsә insanlar sәnә iş

vermәkdәn boyun qaçırırlar! Budur mәsәlә! – anam yenidәn

sәsini başına atdı. – Sәni filarmoniyadan da qovdular.

Filarmoniya sözünü eşidәn kimi atam hirslә zaldan çıxıb,

mәnim otağıma keçdi.

– Bәsdir, – üzümü anama tutub dedim. – Onsuz da, çığır-

bağır salmaqla heç nәyi dәyişә bilmәyәcәksәn.

– Dәyişә bilmәsәm dә, heç olmasa, qoy ürәyimi soyudum! –

anam kitabı götürüb, pianoya tәrәf fırlatdı. – Lap zәhlәmi

töküb!

Filarmoniya mövzusu, hәyatının bu mәrhәlәsi barәdә söz-

söhbәt atamı depressiyaya salırdı. Bunun sәbәbi isә filarmo-

niyanın bәdii rәhbәri vә dirijoru Yuri Kukuriyko idi, onun adını

eşidәndә, atamı әsmәcә tuturdu.

Hәr şey ondan başlamışdı ki, Rurda keçirilәn fortepiano

festivalı zamanı alman mәtbuatı atamı “insanda xoş ovqat

yaradan fenomenal sәnәtkar” adlandırmış, Sergey Prokofyevin

fortepiano әsәrlәrindәn ibarәt konsert yazıya alındıqdan sonra

isә “Qrammofon” ingilis jurnalında onu “әn yaxşı ifaçı” kimi

gen-bol tәriflәmişdilәr. Nüfuzlu “Qrammofon” jurnalında çap

olunmuş mәqalәnin tәrcümәsi filarmoniyada peyda olandan

112 sonra, Kukuriyko xәstәlik tapır, ürәyi ağrımağa başlayır, iflic
olmaq hәddinә gәlir. Tәcili yardım maşını dirijoru xәstәxanaya

aparır vә o, düz iki hәftә filarmoniyaya gәlmir.

İşә çıxanda Kukuriyko tamamilә dәyişilir. Әvvәllәr

hamıyla zarafatlaşan, deyib-gülәn rejissor, xәstәxanadan

çıxandan sonra, sakit gәzib-dolaşır, sifәtinin qırışığı açılmır.

Atamla rastlaşanda Kukuriyko sir-sifәtini turşudur, baxışlarını

kәnara çevirir. Amma tәxminәn bir il sonra Kukuriyko yenidәn
   107   108   109   110   111   112   113   114   115   116   117