Page 111 - Danilenko
P. 111
nim qarayanız, qıvrımsaç günəşim

– Bağışla, daha orada qala bilmәzdim. Mәn әlimdәn gәlәni 111
etdim, – atam qollarını yana açdı. – Mәnә görә müştәrilәrinin
sayı da artmışdı. Amma istәdiyim musiqini çalmağa imkan
vermәdilәr.

Anam sanki iynә üstündә oturmuşdu. O, ayaqlarına
sürtünüb, dava-dalaşın qabağını almaq istәyәn Baxusu kәnara
itәlәdi.

– Hansı musiqini çalırdın ki?
– Kiyev avanqardistlәrinin әsәrlәrini vә öz bәstәlәrimi.
– Bәs onlar nә istәyirdi?
– İstәyirdilәr ki, şanson çalım.
– Başa düşmürәm, sәn musiqini kimin üçün bәstәlәyirsәn? –
anam kitabı divanın üstünә atıb çığırdı.
– Özüm üçün.
– İlahi, sәnin eqoizmin bizim axırımıza çıxacaq! Sәn mәni
vә Slaviki düşünmürsәn! Biz necә yaşayacağıq, vecinә dә
deyil. Sәn öz tәkәbbürünün, iddialarının әsirinә çevrilmisәn!
Bәs populyar pianistlәr necә pul qazanırlar?

Qapının önündә dayanıb, onları müşahidә edirdim.
Qalmaqal get-gedә böyüyür, gәrginlik artırdı, anamın sәsindәn
uzunayaqlı şüşә qәdәhlәr cingildәyirdi.

– Populyar pianist nә demәkdir? Bu, mәnim üçün öz
fәlsәfәsi, öz yanaşması olmayan adamdır! – atam cavab verdi.

– Sәnin fәlsәfәn var? Hansı fәlsәfәdәn danışırsan? – sәsini
başına atan anam ayağının ucuyla Baxusu kәnara itәlәdi.
Zavallı pişik bu dәfә atamın yanına qaçıb, onun ayaqlarına
sürtünmәyә başladı.

– Mәnim fәlsәfәm – özüm olmaqdır. Budur mәnim fәlsә-
fәm, – atam boğuq sәslә cavab verdi. – Pula görә zövqsüz
insanları әylәndirәn pianoçular, bәlkә dә, pis musiqiçi deyillәr,
amma yaradıcı insan kimi mәnim üçün maraqsızdırlar.

Onun gur qara saçları qarışmış, burnunun tüklәri yenidәn
qabarmışdı. Son sözlәrini deyәrkәn, üzündә ikrah ifadәsi vardı.

– Nә olsun? Әvәzindә pul qazanırlar, arvadları da mәnim
kimi beş işdә işlәmirlәr!

– Axı iki işdәn çıxmısan.
   106   107   108   109   110   111   112   113   114   115   116