Page 106 - Danilenko
P. 106
Vladimir Danilenko
metroyla gedib vağzala çatdıq. Qatarın yola düşmәsinә yarım
saat qalmış, kupeyә gәldik. Atam bәrk fikrә getmişdi, arabir
sanki yuxudan ayılıb yerindә qurcuxurdu. Yola düşmәyә beş
dәqiqә qalmış atam harasa çıxdı. Әvvәlcә elә bildik perrona
çıxıb, sonra fikirlәşdik ki, yәqin, tamburdadır. Yalnız on beş
dәqiqә yol gedәndәn sonra şübhәlәnmәyә başladıq. Әl-ayağa
düşdük, amma artıq gec idi. Atama zәng elәyә bilmirdik, tele-
fon operatoru cavab verirdi ki, o, әhatә dairәsindәn kәnardadır.
Onunla yalnız yarım saat sonra әlaqә yarada bildik.
– Hardasan?! – anam sәsini başına atıb çığırdı.
– Evә gedirәm, – atamın hәyәcanlı sәsi eşidildi.
– Niyә?!
Atam susub, cavab vermәdi. Dәstәkdәn motor sәsi vә
qadınların gülüşmәsi eşidilirdi.
– Nә olub? – anam tәkrar soruşdu.
– Qazı yoxlamağa gedirәm, – atam, nәhayәt, dillәndi.
– Ah, ilahi! Nә qaz? Başın xarab olub, nәdir?
Yolboyu anam onun qarasınca deyinir, qәzәbdәn tir-tir әsir,
özünә yer tapmırdı.
– Otuz yeddi yaşı var, hәlә ağıllanmayıb! Yox, bunu belә
qoymayacağam! Qayıdandan sonra ya boşanacağıq, ya da qoy
gedib müalicә olunsun!
Ertәsi gün sәhәr saat onda Xersona çatdıq, çamadanları-
mızı avtobusa qoyub, Jeleznı Porta gәldik. Burada yer tapıb
gecәlәdik. Atam yalnız ertәsi gün gәlib çıxdı. Biz sahildә
uzanıb günәşlәnirdik.
– Çox şey görmüşdüm! – anam onu görәn kimi başladı. –
Amma sәnin kimisinә… Niyә dünәn gәlmәdin?
106 Sahildә oturmuşduq, atam dәnizdә çimәn uşaqlara,
köpüklü dalğalara hürәn ağ küçüyә baxır, heç nә danışmırdı.
Mәnә elә gәlirdi ki, düz bir sutka pilәtәnin qabağında otu-
rub, baxırmış ki, görsün qaz yanır, yoxsa yox?
Atam birinci kursda oxuyanda başına gәlәn hadisә
hәmişәlik yaddaşına hәkk olunmuşdu. Yay tәtilindә kurs
yoldaşı vә dostu Oles Burdenko onu öz evindә qalmağa dәvәt
edir. Burdenkonun valideynlәri istirahәt etmәk üçün Odessaya