Page 102 - Danilenko
P. 102
Vladimir Danilenko
Atamın sırtıq hәrәkәtinә dözmәyәn nәnәm buketi çәkib
onun әlindәn alır.
– Onun neçә yaşı var, bilirsәn?
– Ukraynada qızlar hәmişә on yeddi, bәzilәri isә, on altı,
hәtta on beş yaşında әrә gediblәr, – söz altında qalmayan atam
ümidlә Solya nәnәyә baxır. – Ona görә dә, bu barәdә
fikirlәşmәyә dәymәz…
– Elә isә de görüm, – babam mәhәbbәt atәşindә yanıb-
qovrulan oğlanın boğazından yapışıb, boğmaqdan özünü güclә
saxlayır, – sәn kimsәn, nәçisәn, ailәni necә saxlayacaqsan?
– Hәlә üç il konservatoriyada oxuyacağam, – atam dili
dolaşa-dolaşa deyir, – hәlәlik Lilyayla yataqxanada qala-
cağam, toylarda çalıb-oxuyub pul qazanacağam. Konserva-
toriyanı bitirәndәn sonra mәşhur pianoçu olacağam, Lilya
mәnimlә fәxr edәcәk. Elә siz dә, çünki kürәkәniniz tanınmış
pianoçu olacaq, mühәndis vә çilingәr yox.
– Bәs o nә işlә mәşğul olacaq? – babam soruşur.
Onlar stol arxasında oturub, Solya nәnәnin gәtirdiyi
mürәbbәli çayı içirlәr.
– O? – atam deyir, – mәnimlә yaşayacaq.
– Axı o, nәylә mәşğul olacaq, nә iş görәcәk? – Solya nәnә
atamı gözlәriylә yeyir. Atama isә elә gәlir ki, onun arqu-
mentlәri Matsiborkları tamamilә qane edir, artıq onlardan
xeyir-dua gözlәyir.
– O, mәnim üçün uşaqlar dünyaya gәtirәcәk.
– Yaxşı mәşğuliyyәtdir, – babam istehzayla deyir.
– Qulaq as, gör nә deyirәm, – nәhayәt, özünә gәlәn Solya
nәnә stol arxasında tәşәbbüsü öz әlinә alır. – Lilya mәktәbi bu
102 il bitirәcәk. O, әlaçıdır. Toy-filan barәdә fikirlәri başından
çıxar. Lilya ailәnin tәk övladıdır, tәhsilini davam etdirmәlidir.
Sәninsә könlündәn keçir ki, o, mәktәbi bitirәr-bitirmәz gedib
sәnin yanında otursun vә quş kimi balalasın. Bir müddәt birgә
yaşayacaqsınız, sonra ondan soyuyacaqsan, onda qızım ney-
lәyәcәk? Әliuşaqlı, diplomsuz… Kimә lazım olacaq?
– Mәnә başqa qadın lazım deyil, neylәyirәm başqasını?
Lili bәsimdir! – atam cavab verir.