Page 97 - Danilenko
P. 97
Mənim qarayanız, qıvrımsaç günəşim 97

– Pişiyin bığları kimi dik durur.
O, narazılıqla başını yellәyib, barmaqlarıyla qәribә hәrә-
kәtlәr elәmәyә başladı. Mәnә elә gәldi ki, o, burnunu eşir.
– Bәsdir, neylәyirsәn? – onun yerinә utanıb, arxaya boy-
landım.
– Tüklәri burnumun içinә tәpirәm.
– Onları niyә yolub tökmürsәn ki?
– Çünki ağrıdır.
O, nәhayәt, burnunu qaydaya saldı, boynuna bağladığı
kәpәnәyi düzәldib, qapını açdı. Kafedә gözәl ofisiant qız bizә
yaxınlaşdı.
– Bu, oğlum Slavikdir, – atam dedi. – Xahiş edirәm, ona
dondurma verin. Mәnim hesabıma.
Boş stolun arxasına әylәşdim, birazdan dondurma gәtir-
dilәr. Atam isә royalın arxasına keçdi, ona bir qәdәh konyak
verdilәr:
– Hesabı ödәnib.
O, konyakı başına çәkib, әllәrini royalın dillәrinin üstünә
qoydu vә çalmağa başladı. Atam çox gözәl çalırdı. Stolların
arxasında әylәşәnlәrin hamısı diqqәt kәsilmişdi, canlı musiqini
heyranlıqla dinlәyirdilәr. Şәr qarışanda atam mәni evә
göndәrdi, özü isә kafedә qaldı. O gündәn sonra onunla birgә
“Starıy royal”a tez-tez gedirdim. Ofisiantlar vә kafenin daimi
müştәrilәri mәni üzdәn tanıyırdılar. Ailәmizdә işlәrin yaxşı
getdiyini görüb, sevincimdәn yerә-göyә sığmırdım.
Atam ilk maaşını aldığı gün evdә toy-bayram әhvali-
ruhiyyәsi hökm sürürdü. Anam “Bolşoy karman”dan üzüm,
yemiş vә böyük bir qarpız almışdı. Zәnbili evә güclә gәtirdim.
Anam balıq lәvәngisi hazırladı, qonşuluqda yaşayan yaxın
rәfiqәsi Alisa Sisalyuku qonaq çağırdı. Süfrә hazır olandan
sonra atam da gәlib çıxdı. Әlindә “Çornı polkovnik” şüşәsi
vardı. Süfrә arxasına әylәşdik, atam hamıya şәrab süzdü, hәtta
mәni dә yadından çıxarmadı.
– Arzum budur ki, belә mәclislәr tez-tez olsun, Anfisa bizә
qonaq gәlsin, birlikdә şәrab içib, hәyatdan zövq alaq! – atam
sağlıq dedi.
   92   93   94   95   96   97   98   99   100   101   102