Page 94 - Danilenko
P. 94
Mәnim qarayanız, qıvrımsaç günәşim

(roman)

Kimin ağlına gәlәrdi ki, düz üç il işsiz-gücsüz qalandan
sonra atam babat pul qazanmağa başlayacaq. O,
nәhayәt, özünә münasib iş tapa bilmişdi. Әslindә, işi onun özü
yox, Solya nәnә tapmışdı. Atamın adı Yevgeni Lunyodur.
Pianoçudur. Anamın sözlәriylә desәk, elә bil bu dünyanın
adamı deyil. Hәr dәfә anam belә deyәndә, Solya nәnә ona irad
tutur:
– Lilya, çox üstünә getmә! O, beşyaşlı uşaq kimidir.
Lilya – anamın adıdır. O, Dillәr Universitetindә alman
dilini tәdris edir, Şevçenko Universitetindә yarımştat müәllim
işlәyir, axşamlar Höte Universitetindә dil kursu aparır,
repetitorluq edir, Nazirlәr Kabinetinә alman siyasәtçilәr vә iş
adamları gәlәndә, onlara tәrcümәçilik elәyir, üstәlik, doktorluq
dissertasiyası yazır. Anam – ucaboylu, yaraşıqlı, qarayağız
qadındır. İri, qonur gözlәri var, onu ilk dәfә görәn adam mütlәq
gözlәrinә zillәnir. Alisa Sisalyuk hәmişә zarafatla deyir ki,
anamın gözlәri onun başqa mәrifәtlәrini kölgәdә qoyur.
Atamın davranışları ayrıca söhbәtin mövzusudur. Hamı
onun istedadlı pianoçu olduğunu söylәyir, di gәl, atam mәkan
idiotizmindәn әziyyәt çәkir, getdiyi yerlәri, insanların adlarını
yadında saxlaya bilmir vә heç vaxt heç nәyә qulaq asmır.
Anam onu dükan-bazara göndәrәndә, dәfәlәrlә tәkrarlamalı
olur:
– Üç paket süd, çörәk, bulka, duz, zәncәfil, quru pişik yemi
94 vә xama alarsan.
Atam hazırlaşıb, qapıdan çıxmaq istәyәndә, anam onu
sәslәyir:
– Tәkrar elә görüm nә alacaqsan?
– Süd, çörәk vә kibrit, – atam qәtiyyәtsiz sәslә cavab verir.
– Görürsәn? – anam onu danlamağa başlayır. – Yenә qulaq
asmamısan. Fikrin hardadır?
– Necә yәni qulaq asmamışam? – atam hirslәnir.
   89   90   91   92   93   94   95   96   97   98   99