Page 89 - Danilenko
P. 89
Tarnovskilər malikanəsindəki kölgələr 89
әsәrlәrini çap edirdi. O, әsәrlәri kasıb, imkansız qızlara
tәrcümә etdirir, әvәzindә onlara qәpik-quruş ödәyirdi. Vovçok
qızlara tәrcümә etdirdiyi әsәrlәri öz imzasıyla çap etdirirdi –
guya o özü tәrcümә elәyib. Afanasi Markoviçin qisasını almaq
mәqsәdiylә qız başqasının tәrcümә etdiyi әsәrin – Andersenin
hekayәlәrindәn birinin – üzünü köçürdüb, Vovçoka verdi. O
isә adәti üzrә, tәrcümәnin altına öz imzasını qoyub, çap etdirdi.
Tezliklә әdәbi dairәlәrdә böyük qalmaqal qopdu, Markonu pla-
giatda ittiham etdilәr. O, boynuna ala bilmәzdi ki, әdәbi muz-
durlar fabriki işlәdir, burada çalışanlara qәpik-quruş ödәyir vә
ya heç nә ödәmir. Plagiat faktı tamamilә sübuta yetirildi. Bun-
dan sonra Markoviçkanın incik saldığı, küsdürdüyü adamların
hamısı, sözlәşiblәrmiş kimi ona dişlәrinin dibindәn çıxanı
deyir, söyüb tәhqir etmәyә başlayırlar. Biabır olmuş qadın, qal-
maqaldan yaxa qurtarmaq üçün qaçıb, әyalәt şәhәrciklәrindәn
birindә gizlәndi.
Günlәrin bir günü oğlu, öz dostları-yaşıdları ilә birgә,
anasının yanına gәlir. Dar gündә anasını dәstәklәmәk üçün
gәlmiş oğulun yaşıdları arasında Mixail Lobaç-Juçenko adlı
oğlan da vardı. Afanasi Markoviçdәn sonra Marko Vovçokun
ikinci әri mәhz Lobaç-Juçenko oldu. Marko Vovçok qocalığını
Nalçikdә, әdәbi mәclislәrdәn vә ağzının sarısı getmәmiş
gәnclәrdәn uzaqda keçirmәli oldu. O gәnclәrdәn ki, vaxtilә
Vovçok onlara xarici dil, kübar davranış qaydaları vә qadın-
ların ürәyini әlә almağın yollarını öyrәdirdi. Avropanın mәşhur
әdәbi salonlarında kişilәri yoldan çıxarmağı bacaran bu
qadının şöhrәti hәr yana yayılır. Tәbii ki, Qafqazda da bundan
xәbәr tuturlar. Uşaqlarının gәlәcәkdә pozğun qadınların toruna
düşmәsini istәmәyәn, onları iradәli, qәtiyyәtli kişi kimi
böyütmәk arzusunda olan analar Vovçoka müraciәt edir, ondan
kömәk umurdular.
Onun pullu mәşğәlәlәrindәn biri kişi davranışının poe-
tikliyinә hәsr olunmuşdu. Bu mәşğәlәlәrdә o, gәlәcәk kava-
lerlәrә tәlim keçir, hәyata hazırlayırdı. Burada “Qadınlar
sizdәn hansı sözlәri eşitmәk istәyir?”, “Qadınların ürәyini әlә
almaq әvәzinә, onların qurbanına çevrilmәmәk üçün nә etmәk
lazımdır?” kimi mәsәlәlәr müzakirә olunurdu.