Page 85 - Danilenko
P. 85
Tarnovskilər malikanəsindəki kölgələr 85

– Elә isә fikirlәşin, – Alla gülümsünüb, telefon nömrәsini
dedi.

Bir gün sonra Denis zәng elәdi. Onlar Qruşevskidә1,
Tәsviri İncәsәnәt muzeyinin yanında görüşdülәr.

– Siz işlәdiyim Folklor vә Etnoqrafiya İnstitutunu şoka
salmaq istәyirsiniz, yoxsa mәni muzeyә aparmaq istәyirsiniz?

– Şoka salmaq?
– Orada pәrәstişkarlarınız çoxdur, bizi bir yerdә görsәlәr,
heyrәtdәn gözlәri böyüyәcәk.
– Mәn sizi toranlıq ustasıyla tanış edәcәyәm, – o, Allanın
qoluna girdi. – Toranlıq – insanın bütün yaxşı vә pis tәrәflәrini
üzә çıxaran keçiddir.
– Çox pafoslu danışırsınız, – Alla güldü.
Muzeyә daxil oldular. Pulenko bilet götürdü vә onlar di-
vardan asılmış tabloların yanından keçib, zalın dәrinliyinә
doğru getmәyә başladılar.
– Nәdir, heç nәyә baxmayacağıq? – qadın tәәccüblә soruş-
du.
– Muzeydә bir, uzağı iki rәssamın әsәrlәrinә baxmaq la-
zımdır. Hamısına birdәn baxmaq istәsәniz, hisslәriniz kor-
şalacaq, hәzz duymayacaqsınız.
– Sizin aktyor tәcrübәnizә inanıram, – qadın gülümsәdi.
O, Allanın isti әlindәn tutub, tablonun önünә gәtirdi.
– Sizi bu şәklә baxmağa gәtirmişәm. Hamı Nikolay Pimo-
nenkonu2 “Keçiddә”, “Biçinçi qadın”, “Kiyev quberniyasında
toy” tablolarının müәllifi kimi tanıyır. Әslindә isә, o, toranlıq
ustasıdır. “Kiyevdә çiçәkçi qadın” әsәrinә baxın. Görürsünüz?
Toranlıqda ayaqyalın gözәl bir qız dayanıb, әlindә çiçәk
zәnbili tutub; artıq şәr qarışır, toranlıqdır. Görürsәn, axşamçağı
necә ustalıqla tәsvir olunub!.. Şәklә diqqәtlә baxanda, adama
elә gәlir ki, qaranlıq tündlәşir.
Alla onun nәfәsini lap yaxında hiss edirdi, kişi hәlә dә әlini
buraxmamışdı. Sonra Denis onun çiynini qucaqlayıb, başqa
şәklin yanına apardı.

1Qruşevski – Kiyevin mәrkәzi küçәlәrindәn biri

2Nikolay Pimonenko (1862–1912) – ukraynalı rәssam
   80   81   82   83   84   85   86   87   88   89   90