Page 83 - Danilenko
P. 83
Tarnovskilər malikanəsindəki kölgələr 83
– Bu yaxında teatr hәvәskarlarının toplaşdığı “Berqonye
evi” kafesi var, orada otura bilәrik. Mәn maşınlayam.
– Mәn dә.
– Elә isә, arxamca gәlin.
“Berqonye evi”ndә adam az idi, boş stollardan birinin
arxasına әylәşdilәr. Kişi desert vә martini sifariş verәrkәn, Alla
yetmişinci illәr sovet kosmopolitizmi üslubunda dizayn
edilmiş kafenin interyerinә göz gәzdirdi. Nәhayәt, ofisiant
martini, şokolad, dilimlәnmiş kivi, ananas vә portağal gәtirdi.
– Siz çox yaxşı aktyorsunuz, – Alla gülümsündü. – Amma
hәm dә jonqlyorluq edirsiniz. Hiss olunur ki, özünüzü yaxşı
formada saxlamağa çalışırsınız.
– Teatr İnstitutunda tәlәbә olduğum vaxtlarda, – Denis
Pulenko martini stәkanını stolun üstünә qoydu, – qılınc oynat-
mağı öyrәndim. Korporativlәrdә çıxış edib, insanları әylәn-
dirir, başımı dolandırırdım. Roman Beylә belә mәclislәrdәn
birindә tanış olmuşam. Amma çoxdandır ki, bu işlә mәşğul ol-
murdum. Son iyirmi ildә ilk dәfәydi ki, bu nömrәni göstәrdim.
Kaçanovkadakı çıxışımı nәzәrdә tuturam. Amma mәn dram
aktyoruyam.
– Sizi sәhnәdә görmәk çox xoş idi, – Alla martini bokalını
dodaqlarına yaxınlaşdırdı. – Tarnovskilәrin malikanәsindә baş
verәnlәri gördükdәn sonra hәlә dә özümә gәlә bilmirәm.
Gәlin, gerçәk hәyatın şәrәfinә badә qaldıraq.
– Bәzәn hәyatda elә dramatik şeylәrә rast gәlirsәn ki,
bunları sәhnәdә görә bilmәzsәn. Real hәyatda oyun sәhnәdә-
kindәn çoxdur. Bunu sizә ailәsi dağılmış, tәnhalığın nә oldu-
ğunu bilәn adam deyir.
– Uşağınız var?
– Böyük qızım var.
– Evlidir?
– Hәlә yox.
– Bәs sizin birinci arvadınız?
– Başqa kişiyә әrә gedib, uşaqları da var.
– Demәk istәyirsiniz ki, bu qәdәr pәrәstişkarın arasında
ürәyinizә yatan qadın yoxdur, tәk-tәnha yaşamağa mәcbur-
sunuz?