Page 80 - Danilenko
P. 80
Vladimir Danilenko
Mendelә müraciәt etmәk qәrarına gәldi. Mendelә zәng vurub,
görüş istәdi. Ertәsi gün Mendel onu öz kabinetinә dәvәt etdi
vә söhbәtә başladılar.
– Bilirsiniz, sizin qәbulunuzda öz keçmişim haqqında
danışdıqca, bütün hәyatım kino lenti kimi gözlәrim önündәn
keçdi, – Alla dedi. – Tarnovskilәrin malikanәsindә baş verәn-
lәrdәn sonra başa düşdüm ki, Faddeylә münasibәtimiz heç
vaxt düzәlmәyәcәk. Sizinlә görüşәnә qәdәr, heç olmasa,
zahirәn xoşbәxt, firavan ailә kimi görünürdük. Amma indi o
da yoxdur. Mәn artıq şәfqәt, mәrhәmәt hissinә әsaslanan
mәqsәdli evliliyә inanmıram. Yalnız insana qol-qanad verәn,
qanını coşduran, yaşamağa sövq edәn sevgiyә inanıram. Bu
sevgi din kimidir. Mәnim üçün asketik dinin qara qәpik qәdәr
qiymәti yoxdur. Kişi ilә qadının rәngsiz, solğun, boyat
münasibәtlәri mәnә asketik dini xatırladır. Xudbinlik, eqoizm
insana xas xüsusiyyәtdir. Ona görә dә, kişini vә qadını yalnız
odlu-alovlu, ehtiraslı sevgi ucalda bilәr. Mәn ürәyimdәki
sevgini nәsli davam etdirmәk instinkti ilә deyil, öz “Mәn”imi
inkişaf etdirmәk, mәdәni sәviyyәmi artırmaq mәsәlәsi ilә
uzlaşdırmaq istәyirәm. Sevdiyim vә onunla birgә dünyaya
uşaq gәtirmәk istәdiyim kişi mәnim tәbiәtimi dәyişdirmәyә
çalışmamalı, әksinә, mәnә dәstәk olmalıdır. Sevgi yoxdursa,
öyüd-nәsihәt vermәklә, әr-arvadın başına ağıl qoymaqla, heç
bir problemi hәll etmәk mümkün deyil. Elә deyilmi? Sevgi –
ya var, ya da yoxdur! Ona görә dә, onu sizin seanslarda axtar-
maq sadәlövhlükdür.
– Mәn sevgi axtarışına çıxmamışdım, – Mendel etiraz etdi. –
Mәn yalnız sönmüş ocağı yenidәn alovlandırmaq istәyirdim.
80 Yeri gәlmişkәn, hәyatınız boyu axtardığınız kişi necә
olmalıdır? Ondan nә gözlәyirsiniz?
– Bu, adi qadın uydurmalarıdır, – Alla köks ötürdü. –
Xәyalımdakı kişi elә bir insan olmalıdır, mәnimlә elә
davranmalıdır ki, mәn gecә-gündüz ev-eşik, bank hesabı,
dünyanı sәrbәst gәzib-dolaşmaq barәdә düşünmәyim. Bu
halda mәn onunla uçuq daxmada vә ya Arzular Şәhәrindә, yәni
istәnilәn yerdә xoşbәxt yaşaya bilәrdim.