Page 77 - Danilenko
P. 77
novskilər malikanəsindəki kölgələr

Uzun müddәt dәstәyi götürәn olmayacaq, nәhayәt, özündәn 77
müştәbeh Beyin xatircәm sәsi eşidilәcәk:

– Eşidirәm sizi.
– Adım Faddey Şvaqulyakdır. Tarnovskilәrin malikanәsin-
dә mәnim sifarişimlә әylәncә gecәsi tәşkil etmişdiniz…
– Hә, nә olsun? Narazı qaldınız? İrad bildirmәk istәyirsi-
niz?
– Mәn sadәcә xadimә rolunu oynayan rәqqasәnin adını vә
telefon nömrәsini öyrәnmәk istәyirәm.
– Bu, mәxfi mәlumatlardır, – Roman Beyin fısıltısı
eşidilәcәk. – Onun nömrәsini sizә verә bilmәrәm.
– Sizә borclu qalmaram.
Roman Bey susub, handan-hana dillәnәcәk:
– Nә qәdәr?
– Nә qәdәr istәyirsiniz?
– Üç min qriven, – Bey qәtiyyәtli sәslә deyәcәk. – Nömrә-
yә görә üç min. Onunla danışıb, razılığını almağımı istәyirsi-
nizsә, daha üç min qriven.
– Onunla… nә barәdә danışmaq istәyirsiniz ki?
– Ona deyәcәyәm ki, siz onunla ciddi münasibәt qurmaq
istәyirsiniz.
– Qadının adını vә telefon nömrәsini deyin, narahat olma-
yın, haqqınız çatacaq.
Amma Roman Bey heç tövrünü pozmadan, israr edәcәk:
– Gәlin, әvvәlcә görüşәk, siz mәnә pulu verin, mәn dә sizә
telefon nömrәsini. Üstәlik, elә sizin yanınızda onunla danışıb,
mәsәlәni hәll edәrәm.
– Yaxşı. iki saat sonra Padoldakı1 “Şekavitsa” restoranında
görüşәk, – Faddey deyәcәk.
Onlar “Şekavitsa” restoranında görüşәcәklәr, Faddey
ikiadamlıq yemәk sifariş edәcәk: ağ göbәlәklә bişirilmiş kazak
şorbası, cızdaq vә qoyun pendiri ilә mamalıqa, qәhvә. Bey
yemәyini yeyib qurtarandan sonra Faddey ona altı min qriven
verәcәk. Bey pulları götürәcәk, cib telefonunu çıxarıb, pozğun
qoca әdasıyla danışmağa başlayacaq:

1Padol – Kiyevin qәdim rayonlarından biri
   72   73   74   75   76   77   78   79   80   81   82