Page 78 - Danilenko
P. 78
Vladimir Danilenko

– Kiyevin әn yaraşıqlı qadınının kefi necәdir? Elә dә yaxşı
deyil? Problem deyil. İstәsәn, mәn hәr şeyi düzüb-qoşaram.
Qulaq as, bir varlı-hallı adamın sәndә gözü var, niyyәti cid-
didir. Açığı, sәn onu tanıyırsan. Tarnovskilәrin malikanәsindә
ziyafәt sifariş etmişdi, yadındadır? Yadına düşdü? O, sәninlә
görüşmәk istәyir. Gördün, yalan danışmıram? Deyәsәn, kefin
kökәldi! O, sәnә zәng edәcәk. Yaxşı, hәlәlik!

Özündәnrazı Bey qәhvә içmәyә başlayacaq.
– Adı Olqa Fafleydir. Nömrәsini yazın, – Bey qadının tele-
fon nömrәsini Faddeyә verәcәk.
Faddey axtardığı qadınla elә hәmin gün Şelkoviçnıda
görüşәcәk. Qadını “Tsarskoe selo” restoranına aparacaq. Fad-
dey menyudakı yemәklәrin hamısından sifariş verәcәk.
Süfrәyә “Şato Briduar” gәtirәcәklәr vә Faddey şәrab süzәn
kimi qadın öz bokalını götürüb, birnәfәsә başına çәkәcәk.
– Tәlәsmәyin, – Faddey ona deyәcәk. – Әvvәlcә şәrabdan
bir qurtum alıb, dadına baxmaq lazımdır. Onda onun dadını
daha yaxşı hiss edәcәksiniz.
Müqәddimә-prelüdiya kimi şeylәrdәn zәhlәsi gedәn
Fafley, çox keçmәdәn, ona “sәn” deyә müraciәt etmәyә başla-
yacaq.
– Sәn üçlükdә sevişmәyә necә baxırsan?
Balığın sümüyü Şvaqulyakın boğazında qalacaq, o,
çeçәmәyә, öskürmәyә başlayacaq, Fafley isә onun kürәyini
yumruqlayacaq.
– İki kişi, bir qadın, yoxsa iki qadın, bir kişi? – Faddey
ehtiyatla maraqlanacaq.
– İki qadın vә sәn.
78 – Çox maraqlıdır! – Faddey sevinәcәk. – Bәs ikinci qadın
kim olacaq?
– Mәnim qancığım, bulteryer, – Fafley şәrabdan bir qur-
tum içib, cavab verәcәk. – Mәn kişilәrlә sevişәndә, itim darı-
xır, özünә yer tapmır, zingildәmәyә, ulamağa başlayır, hәtta
gәlib yatağımıza soxulur. Belә dәqiqәlәrdә onun qulağının
ardını qaşımaq, bir-iki xoş söz deyib, könlünü almaq lazımdır.
   73   74   75   76   77   78   79   80   81   82   83