Page 81 - Danilenko
P. 81
Tarnovskilər malikanəsindəki kölgələr 81

– Arzular Şәhәri dedikdә, haranı nәzәrdә tutursunuz?
– Siz oraya getmәzsiniz. Donbası…
– Hә, doğrudan da, uzaq yerdir, – Mendel dodağının altın-
da mızıldandı.
Nәdәnsә, birdәn-birә Alla tәlaşlanıb, tez-tez danışmağa
başladı.
– Eh, cәnab Mendel, cәnab Mendel! Siz mәnә sönmüş
ocağı yenidәn alovlandırmağı mәslәhәt görürsünüz. Amma
bizim ocağımız tamamilә sönüb, yalnız külü qalıb. Onu
yenidәn necә körüklәyib alovlandırmaq olar?! Xüsusilә dә
belә bir ocaq yerli-dibli olmayıbsa…
– Demәli, siz doqquz ildir ki, bu hisslәri sadәcә imitasiya
etmisiniz. Hәm dә, kifayәt qәdәr yaxşı imitasiya etmisiniz.
Niyә bu hәyata davam etmәk istәmirsiniz? Әrlә arvadın sadәcә
yaxın adamlar kimi yaşadığı o qәdәr ailә var ki! Siz dә onlar
kimi yaşaya bilәrdiniz.
– Artıq imitasiya etmәk üçün nә mәnim gücüm qalıb, nә
dә әrimin.
– Bәs indi neylәmәk fikrindәsiniz?
– Mәnә elә gәlir ki, ürәyindә sevgi olmayan insan hәm bu
dünyada, hәm dә haqq dünyasında әzab çәkmәyә mәhkumdur.
Mәn hәyatım boyu axtardığımı tapmağa çalışacağam.
Kaçanovkaya gedib qayıdandan sonra başa düşdüm ki,
Faddeylә mәnim ailә hәyatımızın heç bir perspektivi yoxdur.
Bu acı hәyat tәcrübәsinә son qoymağın vaxtı çatıb. Yalnız bir
şey qalır – nә qәdәr ki, cavanam, hәlә kişilәrin xoşuna gәlirәm,
özümә әr tapmalıyam. Deyәsәn, hazırda әrim dә bu problemin
hәlli ilә mәşğuldur.
– Sizin әrinizә komplekslәrdәn әziyyәt çәkmәyәn, diribaş,
pozğun, bayağı qadın lazımdır. Roman Beyin tapdığı rәqqasә
onunçün göydәndüşmә oldu. Sizsә güclü, ehtiraslı, romantik
bir kişi tapmalısınız. Hәmişә ananızın arzuladığı kişini.
– Necә bilirsiniz, qılıncoynadan aktyorla mәnimki tutar?
Mendel susub, servantın üstündәki saatın çıqqıltısını
dinlәyirdi.
   76   77   78   79   80   81   82   83   84   85   86