Page 76 - Danilenko
P. 76
Vladimir Danilenko

çıxarmısınız. Sizә istәdiyiniz qәdәr pul ödәdim. Niyә sizin

seanslardan vә Kaçanovkadakı mәnasız tamaşadan sonra heç

nә dәyişmәdi? Niyә hәr şey әvvәlki kimidir?

– Aleksandr Mendel çox şeyә qadirdir, amma o, Tanrı

deyil, – psixoterapevt qollarını yana açıb, özünü tәmizә

çıxarmağa çalışacaq. – Mәn sizin intim problemlәrin nәdәn

qaynaqlandığını üzә çıxara bilәrәm, amma Bessarabiya

bazarında qiymәtlәri aşağı salmaq kimi xırda mәsәlәni hәll

etmәk iqtidarında deyilәm. O cümlәdәn әgәr arvadınıza qarşı

seksual marağınız yoxdursa, bunu qaytarmaq imkanım yox-

dur.

– Amma görüşümüzün әvvәlindә demişdiniz ki, hәr şeyi

yoluna qoyacaqsınız, – Faddey qәzәbini gizlәdә bilmәyәcәk.

– Cәnab Şvaqulyak, Aleksandr Mendel insanların cavan-

lığını qaytarmaq iqtidarında olsaydı, qәbirqazanların çörәyi

kәsilәrdi. Dәfn bürolarının hamısı müflis olardı. Amma mәn

humanist adamam, bütöv bir qәbirqazanlar ordusunu ac-ya-

lavac qoya bilmәrәm. Çünki onlar da bir tikә çörәk qazan-

malıdır, onların da yaşamaq haqqı var.

– Bәs indi mәn neylәyim? – Faddey qulaqlarının dibinәcәn

qızaracaq.

– Başqa qadınlarla münasibәt qurmağa, hәyatınızı maraqlı

etmәyә çalışın. Rozaliya Lifşits müdrik qadın idi. O, Vin-

niçenkonu başqa qadınlarla tanış edirdi, Vinniçenko onlarla

görüşür, sevişir, amma Rozaliya Lifşits ilә qalırdı.

– Amma mәnim arvadım Rozaliya Lifşits deyil.

– Tәәssüf… Heyif! – Mendel barmaqlarını şıqqıldadacaq.

Hirsindәn cilov gәmirәn Faddey ona şillә vurmaqdan özü-

76 nü güclә saxlayacaq.
– Xadimә rolunu oynayan rәqqasәnin adı nәydi? – nәha-

yәt, Faddey özünü әlә alacaq.

– Bilmirәm, onu yaxşı tanımıram. Yaxşısı budur, sizә Ro-

an Beyin telefon nömrәsini verim, ondan soruşun. O, sizә kö-

mәk elәyәr.

Alla bilmirdi ki, onlar bir-birinә dilucu tәşәkkür edib ayrı-

lacaqlar. Maşında Faddey Roman Beyin nömrәsini yığacaq.
   71   72   73   74   75   76   77   78   79   80   81