Page 100 - Danilenko
P. 100
Vladimir Danilenko

Atam o qәdәr hәvәsliymiş ki, xәstәlәnib mәktәbә get-

mәdiyi vaxtlarda belә, piano dәrslәrini buraxmırmış. Xәstә-

xәstә rayon mәrkәzinә yollanır, onu mәktәbdәn qovub

çıxarana kimi piano çalırmış. Kәnd hәyatı ilә zәrrә qәdәr dә

maraqlanmırmış. Hamı onun qәribәliklәrindәn danışırmış. O

nә atı arabaya qoşmağı, nә dә kәrәnti itilәmәyi bacarmırmış.

Bu isә kәnd yerindә kәmağıllıq әlamәti sayılır.

– Allahın bәlası! Heç nә bacarmırsan! – Pavlina nәnә

atama irad tuturmuş. Xüsusilә dә yonca biçәrkәn, kәrәntini

sındıran oğlunu alıb-gedir, dişinin dibindәn çıxanı deyirmiş.

Amma Pavlina nәnә mәharәtlә qarmon vә ya gitara çalan

atamla fәxr edirmiş.

– Qarmon çalan Lunyovdur? – tez-tez Liçmanıda musiqiyә

qulaq kәsilәn adamlar soruşurmuş.

– Bәs nә bilmişdiniz, mәnim Jenkamdır, – Pavlina nәnә

öyünürmüş.

Belәliklә, sivilizasiyadan uzaq kәnddә yaşayan bu qәribә

adam günlәrin bir günü kiyevli mәktәbli qıza, Lilya Matsi-

borkaya (anamın qızlıq soyadı belәdir) vurulur. Ailәyә bir

çaxnaşma düşür ki, gәl görәsәn. Babam Avksenti qorxurmuş

ki, qızı mәktәbi qurtaran kimi әrә gedәr. Ukraynalı әksәr qızlar

kimi, anam da, tez yetişmişdi, yaşından böyük görünürdü.

Onlar Truxanov adasında1 tanış olurlar. Anam öz rәfiqәsiylә

birgә çayda çimirmiş, elә bu vaxt atam konservatoriyada oxu-

yan tәlәbә yoldaşı ilә gәlib çıxır. Onların arasında ünsiyyәt

yaranır, amma ilk vaxtlarda bu, sadәcә mәktәblilәrin dost-

luğunu xatırladır. Atamla anam, adәtәn, şәhәrdә görüşürlәr.

Birlikdә şәhәrdә gәzir, dondurma yeyir, pianoçuların kon-

100 sertinә gedirlәr. Anamın evә gec gәldiyini görüb, duyuq düşәn
Solya nәnә onun hansısa tәlәbәylә görüşdüyünü öyrәnir, evdә

böyük qalmaqal qopur.

– Saat doqquzdan sonra evә gәlmә, – babam üz-gözünü

turşudub, qapını çırpır, – yoxsa canını alaram.

Bundan sonra atam – konservatoriya tәlәbәsi Yevgeni

Lunyo hәr gün saat doqquzda Matsiborkların evinin yanına

1Truxanov adası – Dneprdә ada, kiyevlilәr bu adada dincәlmәyi sevir.
   95   96   97   98   99   100   101   102   103   104   105