Page 105 - Danilenko
P. 105
nim qarayanız, qıvrımsaç günəşim

Atamın evdәn çıxması bütöv bir ritual idi. Hәr gün evdәn 105
çıxarkәn onun necә vurnuxduğunu, әzab çәkdiyini görmәk
hәm mәzәli, hәm dә ağır idi. Әvvәlcә o, mәtbәxә keçir, әyilib
uzun-uzadı qaz pilәtәsinin konforuna zillәnir, soruşurdu:

– Qaz bağlıdır? – sonra tәrәddüdlә әlavә edirdi: – deyәsәn,
bağlıdır.

Sәsindәn hiss olunurdu ki, öz gözlәrinә inanmır. Paltarını
geyinәndәn sonra yenidәn mәtbәxә gәlir, pilәtәnin qabağına
kәtil qoyub oturur, gözlәrini mat-mat konforlara zillәyirdi.
Belә dәqiqәlәrdә o, su hövzәsindә dәrin qış yuxusuna getmiş
karpı xatırladırdı. Mәnә elә gәlirdi ki, onun ürәk döyüntülәri
azalır, qanının hәrәkәti yavaşıyır, asta-asta nәfәs almağa
başlayır; qәlsәmәyә oxşayan damarları şişir, bәdәn tempera-
turu aşağı düşür, beyin fәaliyyәti dayanır. Mәn sәbirsizliklә
öskürüb, onu reallığa qaytarmaq istәyәndә, tәәccüblә üzümә
zillәnirdi. Sanki mәni birinci dәfәdir ki, görür vә ya kim
olduğumu xatırlamağa çalışır. Nәhayәt, özünә gәlib, dilini
sürüyә-sürüyә deyirdi:

– Nә isә, getmәk vaxtıdır.
Küçәyә çıxırdıq, amma hiss edirdim ki, evdәn uzaqlaş-
dıqca atamın tәlaşı artır, ayaqlarını sürümәyә başlayır.
Nәhayәt, atam dayanır, qolumdan tutub deyirdi:
– Dayanacaqda gözlә. Birazdan gәlirәm – evә qayıtma-
lıyam.
Bilirdim ki, evә qayıdıb, mәtbәxә keçәcәk, qәzet parçası
götürüb, konforların üzәrindә tutacaq ki, görsün yanır, yoxsa
yox?
Ötәn yay atamla anam ağızlaşdılar, istirahәtimiz zay oldu.
Biz avqustun әvvәllәrindә dәnizә, Jeleznı Porta1 getmәyә
hazırlaşırdıq. Baxusu aparıb, Solya nәnәgildә qoyduq, yola
çamadanlarımızı topladıq. Qatar axşam saat doqquzda yola
düşürdü. Saat sәkkizdә atam narahat olmağa, tez-tez mәtbәxә
keçib, qaz pilәtәsini yoxlamağa başladı. Nәhayәt, çamadanla-
rımızı bayıra çıxardıq, әvvәlcә marşrut avtobusuyla, sonra

1Jeleznı Port – Qara dәniz sahilindә, Xerson vilayәtinin cәnubunda istirahәt zonası
   100   101   102   103   104   105   106   107   108   109   110