Page 110 - Danilenko
P. 110
Vladimir Danilenko

– İvan Karabitsin1 iyirmi ikinci prelüdü.
– Sәnin ucbatından elә indicә daimi müştәrimi itirdim, –
Krempoxa ağır-ağır nәfәs alırdı. – O, bircә dәfә kafedә otu-
randa, bu gün burada sәnin sәrsәm musiqini dinlәmәyә gәlәn
bütün tәlәbәlәrdәn çox xeyir verir.
– Danışığınıza fikir verin! – atam qeyzlәndi. – Mәn
Şopenin iyirmi dörd prelüdünә öz transkripsiyamı yazmışam.
– Bircә Şopenimiz çatmırdı! – Krempoxa bağırdı. – Sәn
“Starıy royal”ın axırına çıxdın. Buraya ac-yalavac, cibindә
siçanlar oynayan sәfil adamlar ayaq açıb. Bizә isә abırlı,
hörmәtli adamları cәlb edәn musiqi lazımdır.
Krempoxa piştaxtanın arxasına keçdi, pulları götürüb
ağzının seliyini silә-silә saydı vә atama uzatdı:
– Bu ay cәmi beş gün işlәmisәn, bu da pulun – 1666
qrivna, 66 qәpik. Sәni bir daha burada görmәk istәmirәm.
Atam sakitcә pulu götürdü, müştәrilәrlә dolu kafeyә,
onların söhbәtini dinlәyәn tәlәbәlәrә baxdı.
– Gedәk buradan, – mәni çıxışa doğru itәlәdi.
Biz Şelkoviçnı küçәsinә çıxıb, yolun o tәrәfinә keçdik.
Külәk әsir, soyuq adamın iliyinә işlәyirdi. Söyüd ağacının
yanına çatanda gödәkcәmin yaxalığını qaldırıb, ondan soruş-
dum:
– Anama nә deyәcәksәn?

Kukuriykin fitnәlәri

– Sözlü adama oxşayırsan, – anam atamın uzatdığı pulu
görüb dedi.

– Beş günlük әmәkhaqqımdır.
110 Anam, әlindә kitab, divanda oturub ona baxırdı. Atam dal-

dalı şkafa doğru gedib, böyük güzgünün qabağında dayandı.
– Bu, sәnin sonuncu pullarındır?
Anam hirsindәn qızarıb pörtmüşdü. Baxus anama yaxın-

laşdı, qabaq pәncәlәrini onun dizinin üstünә qoyub, gözlәrinin
içinә zillәndi. Hәr dәfә evdә qalmaqal qopanda, pişik hәmişә
belә elәyirdi.

1İvan Karabits (1945–2002) – ukraynalı bәstәkar vә dirijor
   105   106   107   108   109   110   111   112   113   114   115