Page 108 - Danilenko
P. 108
Vladimir Danilenko

Sonralar anam deyirdi ki, deyәsәn, atam evә pul gәtirәndә

lazım olduğundan çox sevinib. İndiki kimi yadımdadır, anam

pulları stolun üstünә düzüb, dәfәlәrlә sayır, sevincindәn yerә-

göyә sığmırdı.

– Mәnim necә sevindiyimi heç kәs bilmәsә yaxşıdır, bizә

göz dәyә bilәr.

Çox keçmәdi. Atamı “Starıy royal” kafesindәn qovdular.

Atam üçüncü maaşını alandan sonra anam repetitorluğun

daşını atmış, Höte İnstitutundakı işinә son qoymuşdu. Anam

bunu elәyәn kimi, atam kafenin administratoru Krempoxayla

dalaşmışdı.

Atam “Starıy royal”da işә başlayandan sonra oraya bütün

Kiyevdәn adamlar toplaşırdı. Әvvәllәr kafeyә yalnız dövlәt

mәmurları vә parlamentin deputatları gәlirdisә, tezliklә kon-

servatoriya tәlәbәlәri, musiqişünaslar vә sadә, kasıb ziyalılar

da oraya ayaq açdı. Onlar üçün atamın ifa etdiyi musiqi

nömrәlәri özünü çәkәn Kiyev burjuaziyasının bayağı zövqünә

qarşı әsl üsyan idi.

Atamın Krempoxayla mübahisә etdiyini mәn dә gör-

müşdüm. O axşam kafedә boş stol qalmamışdı. Bar piştaxta-

sının arxasında, bir küncdә oturmuşdum. Anşlaq olacağını

әvvәlcәdәn hiss edәn ofisiant Katya mәni piştaxtanın arxasına

keçirmişdi. Doğrudan da, kafedә iynә atsan, yerә düşmәzdi.

Amma adamlar hәlә dә gәlirdilәr.

– Bağışlayın, boş yerimiz yoxdur, – Katyanın sәsini

eşitdim.

– Biz musiqiyә qulaq asmağa gәlmişik, – arıq-quru oğlan

gözlyünü düzәldib, cavab verdi. – Bizә stol lazım deyil,

108 piştaxtanın önündә dayanacağıq. Bizә dörd fincan qәhvә vә
bir stәkan yaşıl çay verin, şәkәrsiz olsun.

Atam müştәrilәrin çox olduğunu görüb, öz yerinә keçdi.

Katya әnәnәvi konyak qәdәhini ona verdi. Atam konyakı

başına çәkib, royalın arxasında oturdu. Onun musiqisi

damcıların sәsini xatırladırdı, bu sәsdә hәm hәyәcan, hәm dә

qәlbi riqqәtә gәtirәn duyğuların ifadәsi vardı.
   103   104   105   106   107   108   109   110   111   112   113