Page 104 - Danilenko
P. 104
Vladimir Danilenko
Baxus hoppanıb, dizimin üstünә çıxdı, qabaq ayaqlarını
stolun üstünә qoyaraq, yemәklәri qoxlamağa başladı.
– Arzu edәk ki, mәnim Lunyom hәmişә iş-güc sahibi
olsun, – anam qәdәhini qaldırdı, – bizim dә problemlәrimiz
qurtarsın, hәr şey yaxşı olsun.
Biz şәrab içir, atamın ifa etdiyi musiqini dinlәyirdik. Onun
çox sevdiyi fortepiano musiqisi – “Bәxtәvәrlik adası” günәş,
dәniz, sәma, şaftalı әtri, otların xışıltısı, sevgililәrin – kasıb
Debüssi vә milyoner arvadı Emmanın pıçıltılarıyla dolu idi.
Atam onların mәhәbbәt macәrası haqqında danışmağı çox se-
virdi. Onun barmaqları, gecә kәpәnәklәri kimi, pianonun
dillәri üzәrindә uçuşur, kövrәk musiqi sәdaları pәrdә-pәrdә
әtrafa yayılırdı. Gözәl Darnitsa axşamında hamımız xәyala
dalıb, xoşhal olmuşduq. Tәkcә qayğısız Baxus bayram
süfrәsinin kәnarlarından sallanan saçaqları oynadırdı.
Krempoxayla qalmaqal
Yaxşıca yeyib-içәndәn sonra anam atamın gәtirdiyi pulları
stolun üstünә düzüb (hәrәsindә min qriven olan on dәst pul),
fәrәhlә dedi:
– İlahi, gözlәrimә inana bilmirәm! bir aya on min qriven.
Axır ki, Höte İnstitutunda repetitorluğun daşını atıb, doktorluq
dissertasiyası ilә mәşğul ola bilәcәyәm.
Atam kresloda oturub, özündәn razı halda, pulları sayan
anama baxırdı. Bu dәqiqәlәrdә o, çöldonuzu ovlayıb mağaraya
gәtirmiş ibtidai insanları xatırladırdı. Anamın sevinci onun
104 qürurunu oxşayırdı. Üç ildir ki, korluq çәkәn ailәsinin gözündә
ucaldığına, özünü әsl kişi hiss etdiyinә görә çox mәmnun idi.
Atamın qәribәliklәri bәzәn onun başqa kişilәrdә olmayan
keyfiyyәtlәrini görmәyә mane olur. Xüsusilә dә qaz pilәtәsin-
dәn qorxması anamı lap cin atına mindirirdi.
– Psixiatriyada qaz pilәtәsi ilә bağlı qorxuya ad qoymaq
istәsәlәr, “Lunya kompleksi”ndәn yaxşı heç nә fikirlәşib tapa
bilmәzlәr, – anam deyirdi.