Page 150 - Danilenko
P. 150
Vladimir Danilenko

– Dayanmaq olmaz, gәl davam edәk.
O, soyuducudan bir şüşә çәkmә araq çıxardı, qәdәhlәrә
süzüb qoxladı vә ikrahla üz-gözünü turşutdu:
– Araq yox, zәhrimardır. Yaxşı, gәl içәk!
Araqdan bir qurtum içdim, nәfәsim tutuldu, gözlәrim
qaraldı. Sanki od topası boğazımdan keçib, içimdә partladı vә
milyonlarla qәlpәyә parçalandı. Gözlәrim yaşardı, boğazım
acışdı. Nә vaxt sәrxoş olduğumu xatırlamıram, özümә gәlәndә
gördüm ki, qızla qucaqlaşıb, divanda uzanmışıq. İya burnunu
çәkir, ağlaya-ağlaya öz hәyatından danışırdı:
– Sәnin başın işlәyir, professor olacaqsan, – qız artıq jar-
qonda danışmırdı. – Sәni sevәn valideynlәrin var. Mәnsә öz
atamı belә tanımıram. Anam mәni kimdәn doğduğunu demәk
istәmir.
– Mәgәr bu kişi sәnin atan deyil? – Divardakı şәkli gös-
tәrdim.
– Bu, anamın erkәyidir, dördüncü әridir. Kişilәr onunla bir
müddәt yaşayır, sonra atıb gedirlәr. Anam da özünә başqasını
tapır. Vaxt gәlәcәk, heç kәs onunla yaşamaq istәmәyәcәk,
çünki hәr yer cavan, sırtıq, hәyasız qızlarla doludur. Sәnin
valideynlәrin isә, boşansalar da, yenidәn evlәnib başqa uşaqlar
dünyaya gәtirsәlәr dә, yenә sәni sevәcәklәr. Sәnin işlәrin yağ
kimi gedir – sәni sevirlәr, qeydinә qalırlar, amma mәn, bәdbәxt,
zavallı küçә uşağından seçilmirәm.
O, hıçqırıb ağlayır, tez-tez salfetlә burnunu silirdi. Hamı-
nın yaddan çıxardığı iki tәnha yeniyetmә, belәcә, dәrdlәşir,
bir-birimizә ürәk-dirәk vermәyә çalışırdıq. Amma tezliklә
İyanın kefi kökәldi, mәnim dodağımdan öpmәyә başladı.
150 Filmlәrdәn vә “Vikipediya”dan öpüş haqqında çox şey
öyrәnmişdim. Mәnә tәәccüblü gәlәn o idi ki, İya әlli öpüş
növündәn yalnız fransız öpüşünü seçmişdi. Mәnә görә, müsbәt
emosiyaları bu şәkildә ifadә etmәk zәrәrlidir, çünki mәhz
fransız öpüşü mononuklezә yoluxmaq ehtimalını artırır. Hә-
min dәqiqәlәrdә bu mәsәlәylә bağlı İya mәnim nә fikirlәş-
diyimi soruşsaydı, deyәrdim ki, hava öpüşündәn başlamaq
lazımdır. Bir-birimizә öyrәşәndәn sonra yapon öpüşünә
   145   146   147   148   149   150   151   152   153   154   155