Page 25 - Bagater Arabuli_Layout 1
P. 25
Gündüz yuxuları
“Vәtәn” qoyduq.
Vә bu sözü
hәr şeyi ağuşuna alan günәş kimi
ucaltdıq göylәrә...
Evimizә girdiyimiz kimi girdik bu sözün içinә.
Baharın gözәl oyanışı!
Bizә haradan gәlib toxunacaqsan?
Atların şahә qalxıb haralarda kişnәyir?
Bizim yuxularımızda
dağların belinin qurşağı –
xırda çayların ağ ayaqları görünür artıq...
Yuxarıda,
Kudnislayla Karatenin göy üzünә dirәk olduqları
yerdә
әvvәlki kimi yaşayır qış.
Likokinin başındasa
dağların әbәdi keşikçisi,
d iv ildırımlarla tәqib edilәn hökmdar –
yenilmәz Kopala baxır dörd yana...
Qarın bәyaz
dillәrini titrәdir külәk...
Paylamaqçün bu şәhәrә
tәnhalığın hәsrәtini gәtirir...
Gecә növbәtçi dalandar
tökülmüş yarpaqları –
ağacların qurumuş
göz yaşlarını,
sarı kәdәrini süpürüb yığır...
Yayın qızmarında,
keçilmәz vaxtında prospektlәrin,
yarpaqların kölgәsindә gizlәnib
gün işığının sönmәsini
25