Page 29 - Bagater Arabuli_Layout 1
P. 29
Gündüz yuxuları
Qış
Mürgülәyir ocağın külü yanında dәzgah,
İtimiz yuxusunda gah ulayır, hürür gah.
Yatır başını qoyub kәnd gecә yastığına,
Uyuyur asilәr dә (Tanrının yazdığına).
Qar yağır... xumarlanır bir dost dost qolu üstә,
Barmaqlar, saçlar yatır yuxunun yolu üstә.
Hәr şey yerdәn göyәcәn bir özgә duyğu dadır...
Tәbәssümlәr, fikirlәr, dәrdlәr dә uyğudadır.
Mürgülәyir ocağın külü yanında dәzgah,
İtimiz yuxusunda gah ulayır, hürür gah.
Gecә soneti
Ay görünür qorxudan ağarmış bir qız kimi –
Rübәndinin ucunu qaldırdığı gecәdә.
Şәhәr qaranlığında veyil-veyil gәzәrkәn
Baxıram ki, gecәnin könlü gülür necә dә.
Bәrq vurur göy üzünün ulduz boyunbağısı,
Yorğun işıq karvanı sel kimi axıb gedir.
O işıq çox soyuqdu, çox soyuqdu buz kimi,
Öz iti nizәsini könlümә çaxıb gedir.
Ey mәnim Allahım, ey gözәlliyi yaradan,
Buz bağlamış ürәklә yalvarıram mәn sәnә:
29