Page 32 - Bagater Arabuli_Layout 1
P. 32

Bağater Arabuli




                   Orda nә tәbәssümә bәnzәyәn günәş,
                   nә gümüşü ay,
                   nә seyrәk ulduzlar
                   bәzәyir göyün yaxasını...
                   Zülmәt gecәdir orda...
                   orda nә külәklәrin qurd ulartısı eşidilir,
                   nә aprel tumurcuqlarını titrәdir meh,
                   nә bulaq pıçıltısı körpә qığıltısına dönür,
                   nә dә düzü-dünyanı yuyan
                   çay qıjıltısı gәlir.
                   Yadıma salmayın Matsmao dağlarını,
                   heç matsmaoluları da xatırlatmayın!
                   Bir vaxt babalarımızın
                   buğda sәpdiyi tarlaları –
                   Xondanı, Urcukanı, Kokoşanini salmayın yadıma.
                   Külәk ağac budaqlarındakı
                   qarı çırpıb tökdüyü kimi,
                   dumanı dağıtdığı kimi dağların döşündәn;
                   baxışlarımızla oxşadığımız günәşin son qızartıları
                   qürubdan çәkildiyitәk
                   yaddaşımdan üzlәri silindi onların.
                   Yadıma salmayın Matsmao dağlarını,
                   heç matsmaoluları da xatırlatmayın!
                   Salmayın yadıma
                   avqust ayının son cümә axşamını.
                   Böyüklü-kiçikli,
                   kişili-qadınlı
                   hamımız ibadәtgaha qalxırdıq yoxuşla.
                   Kimi atla,
                   kimi piyada –
                   әlindә xaç tutan keşişlә birgә
                   şam vә qurbanlıq apararkәn
                   zәng çala-çala irәlilәyirdik...

                  32
   27   28   29   30   31   32   33   34   35   36   37