Page 37 - Bagater Arabuli_Layout 1
P. 37
Gündüz yuxuları
Dostumu xatırlayarkәn
Dostlar çoxdan unudub sәni,
elә mәn özüm dә.
Bir dәfә küçәdә veyillәnәrkәn
sәni ötüb keçәnlәrdәn biri sandım.
Vә illәr sonra yoxsan, inandım!
* * *
Nәdir bu hay-hәşir, nәdir bu sәs-küy,
Dağ çayı, sәn kimә qızmısan belә?
Bir dә görәcәksәn çılğınlığından
Әl çәkib, quzutәk susmusan belә.
Çapırsan ürkmüş bir dәli ilxıtәk,
Sәni dә bu tale budar, dağ çayı.
Ya bir bataqlığa dönәrsәn, ya da
Sәni bir dev dәniz udar, dağ çayı.
Dağları titrәdәn hayqırışınla
Sәnin ki aranda kәsmәt olmayıb.
Xoşbәxtlik deyilәn hәlә sonacan
Dünyada heç kәsә qismәt olmayıb.
Nәdir bu hay-hәşir, nәdir bu sәs-küy,
Dağ çayı, sәn kimә qızmısan belә?
Bir dә görәcәksәn çılğınlığından
Әl çәkib, quzutәk susmusan belә.
37