Page 36 - Bagater Arabuli_Layout 1
P. 36

Bağater Arabuli




                   Axır gәlib yetişdin – küçәsinә göz yaşı,
                   Dәrd daşları döşәnmiş acılar ölkәsinә.
                   Şübhә tikanlarıyla yaralı ürәyindә
                   Görәn, fәlәk nә yazıb taleyin bәlgәsinә?




                   Beşik  başında  deyilәnlәr

                   Tanrı yar olacaq sәnә dә, yavrum,
                   Sәni dә gül kimi açan görәcәm.
                   Şehli ot üstündә yalın ayaqla,
                   Haçansa sәni dә qaçan görәcәm..


                   Haçansa qapında şahә qalxacaq,
                   Bir kәhәr yay kimi dartıb özünü.
                   Sәn dә neçә-neçә sözlәr içindә,
                   Әn çox sevәcәksәn “vәtәn” sözünü.


                   Hәrdәn yaşamağa tәlәsdirsә dә,
                   Sanma ümidini ac qoyacaq o.
                   Sәnin ya dәfnәdәn, ya da tikandan
                   Axırda başına tac qoyacaq o.

                   Yavrum, yar olacaq sәnә dә Tanrı,
                   Sәni dә gül kimi açan görәcәm.
                   Şehli ot içindә yalın ayaqla,
                   Haçansa sәni dә qaçan görәcәm.










                  36
   31   32   33   34   35   36   37   38   39   40   41