Page 34 - Bagater Arabuli_Layout 1
P. 34

Bağater Arabuli


                   Dörd yanı sәssizlik sarıb,
                   otlar arasında gizlәnmiş
                   kәdәr qarşılayır bizi.
                   Bar әvәzinә
                   alma ağaclarının hәsrәti oxşayır könlümüzü.
                   Çoxdan insan әllәri toxunmayıb bunlara,
                   heç kәs meyvәsini dadmaq istәmәyib.
                   Yalnız quşlar yuva qurur budaqları arasında...


                   * * *


                   Göy üzündәn kim asır
                   bu gümüş çilçırağı?
                   Ağ qarı qışın üstdә
                   kim yağdırır, kim axı?
                   Gecәlәr kim açır, kim
                   külәklәri çidardan?
                   Yollayır bu dünyaya
                   qasırğanı kim, hardan?
                   Zülmәt gecәni qovan,
                   şәfәqi yandıran kim?
                   Sәmanın xalısına
                   ulduzları toxuyan;
                   Könlümdәki bu mәhkum
                   sevdadımı oxuyan?
                   Kimdi, mәni әzabla
                   mükafatlandıran kim?
                   Göy üzündәn kim asır
                   bu gümüş çilçırağı?
                   Ağ qarı qışın üstdә
                   kim yağdırır, kim axı?




                  34
   29   30   31   32   33   34   35   36   37   38   39