Page 30 - Bagater Arabuli_Layout 1
P. 30

Bağater Arabuli




                   Bir cüt ulduztәk götür gözlәrimin nurunu,
                   Rәngi qaçmış göy üzü, bәlkә, nura bәlәnә.



                   Hәyat

                   Qatıbdı bir-birinә ağla qaranı hәyat,
                   Qatıbdı ehtirası eşqlә, zәhәri balla.
                   Bir ucdan yaddaşına düyür yaşananları,
                   Gedir sapmadan zaman, gedir getdiyi yolla.

                   Sevdaya qarışınca başımız İudatәk
                   alçaqlıq könlümüzә girib pozdu düzәni.
                   İsanı satan sayaq satdıq bәxtәvәrliyi,
                   Öldürdük içimizdә qәnirsiz möcüzәni.

                   Bәs sabah doğulanlar necә yaşayacaqlar?
                   Qeybәtin çarmıxına çәkir qardaş qardaşı.
                   İllәr baş alıb gedir yenә eyni qaydada,
                   Yenә eyni cür dönür dövrün dәyirman daşı.

                   Qatıbdı bir-birinә ağla qaranı hәyat,
                   Qatıbdı ehtirası eşqlә, zәhәri balla.
                   Bir ucdan yaddaşına düyür yaşananları,
                   Gedir sapmadan zaman yenә getdiyi yolla.



                   * * *

                   Dәrdli, qara buludlar
                            1
                   Şuapxonun başı üstdә durublar...
                              2
                   Udzilaurtinin tәpәsindәn
               1  Şuapxo – kәnd adı
               2  Udzilaurti – kәnd adı
                  30
   25   26   27   28   29   30   31   32   33   34   35