Page 26 - Bagater Arabuli_Layout 1
P. 26
Bağater Arabuli
gözlәdiyini unudub artıq...
Hamımız belәyik:
unuduruq keçmişi.
Tәki elә bu dәqiqәlәrdә
hәyatdan lәzzәt alaq,
hәtta o bir gilә hәzz
bizi keçmişimizdәn mәhrum elәsә dә...
Bu gün, kölgәsindә zövq aldığı yarpaqların
hamısını süpürüb
od vuracaq dalandar...
Bilmәyәcәk ki,
yandırdığı yarpaqlar yox,
onu qoruyan kölgәlәrdi...
Sәmanın gecә sırğası – Ay çıxır...
amma kimin yadına düşür o?
Yalnız xülyaçılar tәnbәl-tәnbәl
aya fikir verә, ya vermәyә –
o da ani olaraq.
Nә bir kәsin röyasını bәzәyәcәk,
nә sәyyahların yoluna işıq salacaq,
nә dә şairlәr qәmli şeir oxuyacaq ona:
“Ay hilal, gümüş hilal ,
1
2
Tez ol, Dixşoya yol al.
Sübhәdәk mәni gözlә,
Dan sökülәndә gizlәn”...
Yalnız itlәr
gecә tәnhalığından qorxmamaq üçün
hürürlәr ayı görcәk...
Başlarını gecә yastığına qoyub,
1 xalq mahnısı
2 Dixşo – kәnd adı
26