Page 21 - Bagater Arabuli_Layout 1
P. 21

Gündüz yuxuları




                (Әylәnmәyә çox az şey bәs edir adamlara),
                Yanmasın deyә zol-zol qamçıyla bәdәniniz –
                Hәtta sümüyünüzә düşmәsә dә musiqi,
                Durub oynayasınız hәr havaya gәrәk siz.


                Sizi vәhşi atların sәslәyir kişnәrtisi,
                Sәslәyir yuxunuzda öpüb yallarınızı.
                Üstünüzә qışqırır kimsә: “rәqsi başlayın!”
                Oynayırsınız, yerә döyüb nallarınızı.


                Mәşq zamanı olmazın işgәncә versәlәr dә,
                Yağdırıb başınıza qamçı yağışlarını...
                Nә qantarğa, nә cilov, nә dә yüyәn saxlayar
                Gözünüzün odunu –  qәmli baxışlarını.



                Taiya


                Alçalar çiçәk açıb Mtatsminda dağında,
                Taiya yanımla qaçır tәbәssüm dodağında.
                – Şәhәrin küçәlәri heç gәlirmi xoşuna?
                – Sual vermә boşuna!
                – Dәf elәyә bilmәzsәn bu yerli oğlanları.
                – Elә söylәmә barı.

                Alçalar çiçәk açıb Mtatsminda dağında,
                Taiya yanımla qaçır tәbәssüm dodağında...


                Şeirә  yazılmış  şeir...


                Unudulub, tәrk edilib,
                dünyada özgәlәrin dәrdlәriylә yaşayacaqsan.
                Sәni görmәkçün heç kim
                                                     21
   16   17   18   19   20   21   22   23   24   25   26