Page 17 - Bagater Arabuli_Layout 1
P. 17
Gündüz yuxuları
otaqların bәzәyini
bu evdәn apardılar artıq.
Talan elәdilәr müqәddәs kitabları,
sökdülәr çilçırağı,
pәrdәlәri açdılar.
Çilik-çilik elәdilәr rәngli bülluru da...
İndi soyulmuş divarların kölgәsindә
özünü itirib qorxu içindә durursan...
* * *
Külәkli qışdan sonra
ağaclar da hiss elәdilәr ki,
yaz gәlib daha.
Ustufca tәrpәnib yerlәrindәn,
dörd bir yana toxundular
yarpaqlarının xışıltısıyla...
(Köhnә dәftәrdәn)
Sәnin tәbәssümünә bәlәnmiş gecәlәri
Sayıram mәn, Rusudan, sayıram bir-bir yenә.
Qoparıb göy üzündәn bu gün piyalә ayı,
Bu titrәyәn әlimdә gәtirirәm mәn sәnә.
Gәtirirәm göz yaşı halında düzüb sapa...
Hәyatımı – kәdәrin yorucu muncuğunu.
Çobanyastığı kimi öz qoynunda saxlayır
Qәlbintәk soyuq ayı çöllәr, unutma bunu.
17