Page 20 - Bagater Arabuli_Layout 1
P. 20

Bağater Arabuli




                   Külәk, hara gedirsәn...

                   Hara gedirsәn, külәk,
                   sözünmü var dağlara?
                   Gecәnin boz havası ildırım qamçısıyla
                   sәni sәslәyir hara?..
                   Kimdi gözlәyәn sәni o tәrәfdә, ay qaçaq?
                   Kim çıxacaq qarşına, de, kim qarşılayacaq?..
                   Orda, qarlı zirvәlәr yüksәlәn yerdә, görәn,
                   kim gözlәyir yolunu?
                   Söylә, toran düşәndә kim mütәkkә edәcәk
                   başın altda qolunu?
                   Әsrarәngiz işığı titrәyәn yerdә çölün,
                   Kimә sığınacaqsan yorğun düşüb, karıxıb?
                   Sәninçün kim darıxıb?..
                   Axı kim çıxaracaq daşlar çiliklәdiyi
                   candan ağrını, söylә?
                   Haçan durduracaqsan, haçan,
                   tәbilindәki sümsük çağrını, söylә?..
                   Hara gedirsәn, külәk,
                   sözünmü var dağlara?
                   Gecәnin boz havası ildırım qamçısıyla
                   sәslәyir sәni hara?..



                   Sirk  atları


                   Elә bil arenaya bir bәyaz qırov düşüb,
                   Bәyaz burulğan kimi sizi sәhnә gözlәyir.
                   İşıqlar titrәşirlәr... birdәn kişnәrtinizdә
                   Bir hәyәcan duyulur: “eh, bizi nә gözlәyir”.



                  20
   15   16   17   18   19   20   21   22   23   24   25