Page 15 - Bagater Arabuli_Layout 1
P. 15

Gündüz yuxuları




                * * *

                Qayıtmadı gedәnlәrin heç biri,
                xәbәr gәtirәn dә
                heç kәsin yadında deyil.
                Ancaq hamı
                cәnnәtә düşmәyә çalışır...


                Metamorfoza


                Öldü...
                Ağladılar...
                Ağı dedilәr...
                Göz yaşıyla
                tapşırdılar torpağa...
                Yaxınlığındasa
                badamlar, gilәnarlar
                günәş altında
                gül açırdı çılğıncasına...



                * * *


                Axır ki mәhәbbәt baş çәkdi ona...
                Amma elә gecdi,
                elә gecdi ki,
                üzünә baxıb әlinә toxunmağı belә
                çatdıra bilmәdi...







                                                     15
   10   11   12   13   14   15   16   17   18   19   20