Page 14 - Bagater Arabuli_Layout 1
P. 14

Bağater Arabuli




                   * * *

                   Mәnә demә ki, yorulmusan,
                   demә ki, gecәnin çiyninә minәn sәhәr
                   qamaşdırdı gözünü, canını yığdı boğazına.
                   Demә ki, sevinci  keçәn ağrı
                   çatlatdı sәni acı köklәriylә.
                   Demә ki, günәşin şüaları
                   gәlәcәyә gedәn yola
                   döşәnmiş tikanlardı.



                   * * *


                   Kim inanar ki,
                   bu dәqiqә sәni düşünürәm,
                   sәsini dinlәyirәm sәtirlәrdәn?
                   Kim inanar ki,
                   ağ varaqlara gözlәrimi zillәyib
                   şeir yazmıram, üzünü görürәm sәnin...



                   * * *

                   Artıq neçә bahardı
                   özüm özümü aldadıb
                   lovğalanıram:
                   Bu il dә keçsin, görün nәlәr olacaq!
                   Ömrümün sonunda
                   özümü aldadanda
                   lovğalanıb nә deyәcәm, görәsәn?




                  14
   9   10   11   12   13   14   15   16   17   18   19