Page 16 - Bagater Arabuli_Layout 1
P. 16
Bağater Arabuli
* * *
Sübhçağı gün işığı
donmuş dünyanı ağuşuna alanda,
meşәlәr vә çöllәr sәmanın әnginliyini
dolduranda quşların sәsiylә,
çaylar qәribә şırıltıyla
tәrәnnüm edәndә yeni günün gәlişini...
onda bilәcәyәm, sәnsiz
bu baharın kamillikdәn
çox uzaq olduğunu.
* * *
Nә vaxtsa qayıtsan,
nә vaxtsa keçmişimizә
sәfәrә çıxmaq istәsәn,
haraylayıb oxşamaq istәsәn
sevgiylә bәdrlәnmiş
gecәlәri,
sәni gözlәyәcәyәm.
Xәyalların yedәyindә
ölkәlәri görmәkçün
gözlәyәcәyәm sәni.
* * *
Könlümә elә girdin ki,
elә bil viran qalmış evә girirsәn...
Әvvәllәr nәfәs aldığı hәr şeyi:
Günәşin qızıl suyuna çәkdiyi güllәri,
16