Page 18 - Bagater Arabuli_Layout 1
P. 18
Bağater Arabuli
Aslan
Salam aslan, biz yenә dә görüşdük,
Sәs-sәmirsiz boylanırsan qәfәsdәn.
Hansı fikir pәncәn üstә әyәrәk
O başını, salıb sәni hәvәsdәn.
Bu nә hüzn, bu nә kәdәr, qәmdi de,
Meşәdәki günlәrimi anırsan.
Sәs-sәmirsiz baxışırıq belәcә,
Tәkcә sәnmi qәfәsdәsәn, sanırsan?!
Eyni tale yaxalayıb bizlәri,
Qәfәsindә zәncirlәyib vaxt mәni.
Ömrün-günün barmaqlığı dalından
Nә müddәtdi buraxmır bu baxt mәni.
Uzaqlara göz atırsan ümidlә,
Bәlkә, döyüş arzusuyla dolursan?
Baxışının alovunu-odunu
Qılınc kimi divarlara çalırsan.
Qәzәbinin nәrәsinә susur göy,
Şimşәk çaxır gözlәrindә eh, nәdәn?
Bu taledәn xilas olmaq çәtindi,
İnanmıram kimsә sәnә rәhm edә.
Bu qәfәsdә kölgәn gәzir, özün yox,
Qismәtindәn az gileylәn, inci sәn.
Mәhkumluğa boyun әyib әlacsız,
Qәbul eylә uzandığın küncü sәn.
Salam aslan, biz yenә dә görüşdük,
Sәs-sәmirsiz boylanırsan qәfәsdәn.
18