Page 11 - Bagater Arabuli_Layout 1
P. 11

Gündüz yuxuları




                İt

                Harasa getdi hamı,
                ev boş, qapı bağlı qaldı.
                Min cür xırdavat götürdülәr özlәriylә,
                tәkcә qocalıb-qartımış iti unutdular...
                Sәmada fil dişi kimi parıldayırdı ay...
                İtin zingiltisi duman kimi yayıldı әtrafa,
                sonrasa Adәmin nәslinә lәnәt oxuyub,
                meşәdә – canavarların yanında
                sığınacaq tapdı özünә.




                * * *

                Bizә nәyi xәbәr vermәk istәyir bu tufan?
                Bәs bu fırtına?
                Bәs bu dalğalanan axın?
                Hardan gәlir bu ürәkparçalayan uğultu?
                Külәyin vıyıltısı
                hansı meşәlәrdә doğulur?
                Hansı zirvәlәrin hәsrәti var
                ildırımın sәsindә?
                Kimin sәsidi göydә çaxan şimşәk?
                Bizә nәyi xәbәr vermәk istәyir bu tufan?..



                Buba

                Datvisili Bubanın oğlu
                boğuldu heyvan otardığı yerin
                yanındakı çayda...

                                                     11
   6   7   8   9   10   11   12   13   14   15   16