Page 7 - Bagater Arabuli_Layout 1
P. 7

Gündüz yuxuları


                Bizә nәyi xәbәr vermәk istәyir bu tufan?
                Bәs bu fırtına?
                Bu dalğalanan axın nәyi bәs?

                Hardan gәlir bu ürәkparçalayan uğultu?
                Külәyin vıyıltısı
                hansı meşәlәrdә doğulur?

                yaxud

                Hara gedirsәn külәk,
                sözünmü var dağlara?
                Gecәnin boz havası öz şimşәk qamçısıyla
                sәni sәslәyir hara?

                Onun üçün uşaqlıq xatirәlәrindә vә yuxularında
            yaşayan hәr bir tәbiәt obyekti (çay, çöl, dağ) artıq
            qocalmış kimidir. Şair onların hәsrәtini, kәdәrini duyur
            vә tәsәlli vermәk istәyir:

                Qocalıb kәdәr dolu gözlәrlә
                dünyaya baxır çöl.
                Sәhәrlәr qırov düşür üstünә,
                sezilmәyәn sazaq belә üşüdür onu.

                Sükutu sevәn adamın xüsusi sәs xatirәsi olur.
            B.Arabuli sükutun “әl-kimyası” ilә sәslәrin (külәyin
            vıyıltısı, dalğalanan zәmilәrin xışıltısı, aylı gecәdә
            güllәrin pıçıltısı…) xatirәsini danışa bilir.

                …Dәrәnin yarımçıq yuxularını
                Doldurur bir qartmış xışıltıyla çay.

                B.Arabuli “gecә şairi” olsa da, dünyanı sanki bәyaz
            işıqda görür. Onun zәrif, saf ürәyindәki alça çiçәyinin
                                                      7
   2   3   4   5   6   7   8   9   10   11   12