Page 5 - Bagater Arabuli_Layout 1
P. 5
B.Arabuli: tәnha adamın gecә
söhbәtlәri
Bu gün Azәrbaycan oxucusu gürcü nәsrinә vә ki-
nosuna az-çox bәlәd olsa da, müasir gürcü poeziyası
ondan ötrü “uzaq yaşıl adadır”. Yüzillәrin qapıbir qon -
şusu olsaq da, iki imperiyada ortaq tarixi yaşasaq da,
nәdәnsә XX әsrdә “poetik xәtlәrimizin kәsişmәsi” baş
vermәyib. Kimsә buna әsas sәbәb kimi din, dil fәrqlәrini
göstәrә bilәr, amma Molla Pәnah Vaqif şeirlәrinin gürcü
әlif bası ilә köçürülmәsi, gürcü aşıqlarının Azәrbaycan
türk cәsindә oxuması kimi maraqlı kulturoloji hadisәlәri
dә yaddan çıxarmamalıyıq.
Ümidverici haldır ki, son illәr qarşılıqlı tәrcümә işi
xeyli fәallaşıb. Azәrbaycan vә gürcü poeziyası an to -
logiyalarının Bakıda vә Tiflisdә tәqdimatı әdәbi-mәdәni
hadisә kimi yadda qaldı. Artıq “Amxanoqo qızıl Gür -
cüstanın” (S.Vurğun) tanınmış şairlәrinin şeir kitab -
ları dilimizә tәrcümә olunur.
Gürcü etnik-mәdәni tәcrübәsindә bir “xor arxe -
tipi”nin olması hamıya mәlumdur. Xeyir-şәr mәclis -
lәrindә insanların xorla oxumasını xatırlayın. Amma
hәr bir gürcü şairi “solo oxuyur”. Çünki hәr şairin
taleyi onun “fәrdi mifologiyasıdır”, öz sükutunun
sәsidir. “Xorda oxuya bilmәyәn” şairlәrdәn biri dә
Bağater Arabulidir. Bildiyim qәdәr, gürcü şairlәri geniş
bioqrafik tәqdimatları sevmirlәr. Bu fani dünyada şairin
öz ömrünә vә sözә mistik münasibәti gerçәk bioqrafik
mәtni gәrәksiz edir. Mәnә mәlum olan odur ki, Bağater
Arabuli ixtisasca inşaat mühәndisidir, şeirlәri bir neçә
dilә tәrcümә olunub, vәssalam. Amma ruhunun bio qra -
fiyasını şeirlәrindәn oxumaq mümkündür.
Tәrcümә üçün yalnız dili bilmәk kifayәt etmir.
Allahverdi Tәklәli hәm gürcü dilini yaxşı bilir, hәm dә
5