Page 10 - Bagater Arabuli_Layout 1
P. 10

Bağater Arabuli




                   Bütün alәm yox olunca özün dә çaşbaş oldun
                   vә qәfildәn o vağzalla o gün baş-başa qaldın.
                   Yada salıb yalvarsan da bir söz söylәmәz daha,
                   ta o qatar çıxıb gedib, geri qayıtmaz daha!




                   Payız

                   Xatirәlәrin hakimi payız,
                   nәdi dәrdin?
                   Nә yanırsan belә gizli qәmin oduna?
                   Nәyim varsa, sәnin olsun –
                   sәnin olsun sәdaqәtim, mәhәbbәtim.
                   Özümçün qoruyub saxladığımı da
                   bağışlayıram sәnә.
                   Qәribә hәyәcanla gözlәmişәm
                   gәlişini hәr zaman:
                   bilirәm axı
                   ilahi rәngli
                   yarpaqlardan kәfәn biçib
                   qәbrimi bәzәyәn sәn olacaqsan axırda.



                   * * *

                   Yanağında puçurlayan göz yaşı
                   gözәldi qızılgül lәçәyindәki
                   şeh damlası kimi.
                   Kәdәrinsә
                   gecәnin dumanından canını qurtarıb,
                   hәsrәtlә günәşi gözlәyәn
                   qızılgülün sәssiz qüssәsini xatırladır mәnә.


                  10
   5   6   7   8   9   10   11   12   13   14   15