Page 24 - Bagater Arabuli_Layout 1
P. 24

Bağater Arabuli




                   Bahar  hәsrәtli  qış  eskizlәri

                   Qış gәlir...
                   Dağların zirvәlәrindә
                   qarın bәyaz dillәrini titrәdir külәk.
                   Şәhәrә paylamaqçün
                   ağ qar dәnәciklәrinin hәsrәtini gәtirir uzaqlardan...

                   Baharın gözәl oyanışı!
                   Bizә hardan gәlib toxunacaqsan?
                   Şahә qalxmış atların haralarda kişnәyir?
                   Hansı dağı, hansı çölü bәzәyirsәn qürbәtdә?
                   Hansı meşәdә, hansı cәngәllikdә asmısan
                   tәbillәrini, yaşıl zınqırovlarını?
                   Uzaqdakı dağlarda
                   qarın bәyaz dillәrini titrәdir külәk...
                   Şәhәr – gecә sahilindә durmuş gәmi kimi
                   işıqlı kayutlardan zülmәtә baxır...
                   Sәrnişinlәr sәyahәt üçün
                   yol ehtiyatı görür içәridә...
                   Çoxu yetişә bilmәyәcәk
                   baharın sahilinә,
                   başqa bir liman görmәyәcәk heç vaxt...
                   Burdasa gәmiyә minәnlәrin
                   yeni növbәlәri sıralanır...
                   Biz bu sahilә çatanda
                   dәrdli könlünü
                   buz libasının altında gizlәdib
                   mürgülәyirdi çay...
                   Onda biz
                   uzaqlarda qaralan dağların
                   vә göy üzünün şölәsiylә bәzәnmiş
                   nәhәng çayların adını
                  24
   19   20   21   22   23   24   25   26   27   28   29