Page 28 - Bagater Arabuli_Layout 1
P. 28

Bağater Arabuli




                   Ya da onları qaytarmaqçün
                   qürbәti sәslәyir, bәlkә?
                   Gecә prospekti dә bir çaydı –
                   qurumuş,
                   susqun bir çay.
                   Bu gecә küçәlәr dә bir çaydı elә –
                   saya gәlmәz sәrnişin,
                   göz yaşı, ağrı
                   vә maşın “dalğalarını”
                   daşıyan bir çay...
                   Qurumuş bir çaydı gecә prospekti...
                   Gәncliyin harda qaldı, şәhәr? –
                   Hara getdi qәnirsiz qadınların?..
                   Kimlәrin saraylarına nur saçır,
                   Kimlәrә uşaq böyüdürlәr?...
                   İgidliklә ad-san qazanmış
                   oğulların hara getdilәr, hara?..
                   Kimlәrin qaçağan atlarını çapırlar
                   bu qaranlıq gecәnin o üzündә?
                   Külәk yenә bәyaz dillәrini titrәdir qarın...
                   Yer-göy qar dәnәlәrinin
                   parıltısıyla dolub...
                   İki gündü
                   kilsә günbәzlәrindә
                   sәhәrәcәn
                   oyaq qalırlar qar dәnәlәri,
                   göyәrçinlәr kimi...

                   Baharın gözәl oyanışı!
                   Bizә hardan gәlib toxunacaqsan?
                   Şahә qalxmış atların haralarda kişnәyir?
                   Hansı meşәdә, hansı cәngәllikdә  asmısan
                   tәbillәrini, yaşıl zınqırovlarını?
                   Hansı dağı, hansı çölü bәzәyirsәn qürbәtdә?..
                  28
   23   24   25   26   27   28   29   30   31   32   33