Page 27 - Bagater Arabuli_Layout 1
P. 27
Gündüz yuxuları
prospektlәr yatır, küçәlәr yatır,
binalar,
qadınlar, kişilәr,
uşaqlar, qocalar yatır.
Yatır yuxuların özlәri belә...
Bütün şәhәr yuxudadı,
röyalar yurduna sәfәrә çıxıb
sәhәrә kimi qayıtmayacaq...
Tәhlükәli yollarda
dolaşacaqlar yıxıla-dura,
neçә-neçә bakirә dodağa toxunacaq,
neçә “gözәgörünmәz” görәcәk bir-birini...
Mәn dә neçә dәfә qonağı olmuşam
yuxular ölkәsinin.
Bazaleti gölünün dibindә
qızıl beşikdә yatan
qızıl oğlan uşağını görmüşәm!..
Tәkcә Kür çayı oyaqdı...
bu gecә yalnız
şәhәrin nәbzi kimi
vurur Kür.
İztirab çәkә-çәkә, vurnuxa-vurnuxa
bizim әvәzimizә
yatmış küçәlәrin
keşiyindә durur Kür.
Qaranlığın, sәssizliyin içindә
yalnız odur yuxuya yenilmәyәn.
Gәtirdiyi kәdәr, söylәdiyi xәbәr nәdi?
Göz yaşları nәdәn islatmış qaranlığı?
Bәlkә, gecәnin daim göynәyәn yarasıdı?
Çöllәrin çaldığı titrәyәn teldi, bәlkә?
Bәlkә, bu çöllәr
uzaq ölkәlәrdәki dostlarını gözlәyir?
27