Page 35 - Bagater Arabuli_Layout 1
P. 35
Gündüz yuxuları
* * *
Yaxşılıqla yamanlıq bir-birinә qarışıb...
Xәyanәt, xudpәsәndlik, xainlik bir-birinә.
Bir vaxtlar olduğutәk yaşaya bilmәrik ta,
Ta gәrәk burun soxaq hәr adamın sirrinә.
Kim cavabdeh olacaq, görәn, bugünkü günә?
Nәlәr gözlәyirik biz gәlәcәkdәn, nәlәr, ah.
Qalalar da, sonuncu gözәtçi dә yıxıldı...
Çoxdandı dәymir gözә dәrd anlayan, xeyirxah.
...Şeytanlar talan edir
büllurdan qüllәlәri...
Göy üzü xatırladır göy düzәnliyi bir an.
Buludu aralayıb bu gecә çıxan ayın
Tәkcә duruluğunu sevir bu könlü viran.
* * *
Axır gәlib yetişdin – küçәsinә göz yaşı,
Dәrd daşları döşәnmiş acılar ölkәsinә.
Şübhә tikanlarıyla yaralı ürәyindә
Görәn, fәlәk nә yazıb taleyin bәlgәsinә?
Sәnә nә vәd elәyir? Tәbәssümmü? Sevincmi?
Şırğa sanır ömrünә yoxsa әlacsız qәmi?
İşıqlarla bәzәnmiş günlәr söz verir sәnә,
ya göz gözü seçmәyәn bir dumanlı gecәni?..
Bu keçilmәz günlәrdәn keçib, birtәhәr keçib,
özünü çatdırınca gәlәcәyә susuz, ac;
Nә qoyacaq, görәsәn, zaman sәnin başına,
Qoyacaq güldәnmi tac, yoxsa tikandanmı tac?
35