Page 40 - Bagater Arabuli_Layout 1
P. 40

Bağater Arabuli




                   sığınnıq –  sirr olsa da.
                   Biz yadıq itaәtә,
                   cinsimiz bir olsa da.
                   Siz – bir yalaq yal üçün
                   yaltağa dönәn “quzu”,
                   Biz dağlarda özümüz
                   ovlarıq ovumuzu.
                   Sizinki isti evdә
                   rahatlıq arzulamaq.
                   Bizimki lәnәtlәmәk,
                   güllә kimi ulamaq...
                   Ucuz tutub özünü,
                   deyin umsunub nәyә:
                   Azadlıqdan әl çәkib,
                   döndünüz gözәtçiyә?
                   Bir sümükçün kimәsә
                   qul olmaq bizә yaddı.
                   Zәncirlә xalta sizә
                   layıqlı mükafatdı.
                   ...Sizinki isti evdә
                   rahatlıq arzulamaq.
                   Bizimki lәnәtlәmәk,
                   güllә kimi ulamaq...



                   * * *

                   Bu gecәni kim bәzәyir,
                   görәsәn, ulduzlarla,
                   gümüşü, sәrxoş ayla?
                   Kim rәnglәyir göy üzünü
                   min bir adda boyayla?
                   Ruhumuz nәdәn can atır

                  40
   35   36   37   38   39   40   41   42   43   44   45