Page 43 - Bagater Arabuli_Layout 1
P. 43
Gündüz yuxuları
Adәmsә qoynunda bir başqasının
yanıb ehtirasdan alışır indi.
O ilk xoşbәxtliyә belәcә, Hәvva,
xәyanәt zәhәri qarışır indi.
Cәvahirat saxlanılan yer
Düşünürsәn harada qaldı ötәn duyğular,
haradadı o qızın nәvazişli gözlәri?
Yaddaşdan – cәvahirat saxlanılan o yerdәn
nәyi xatırlayırsan, eşәlә, çıxar bәri.
Orda günlәr var şirin, orda günlәr var acı,
yaddaşın bir küncündәn boylanır әsir kimi.
Günlәr var min yol sәnin yara vurub könlünә,
günlәr var ayaq altda sәrilәn hәsir kimi.
Orda şәfәqdәn betәr şölәlәnәn mәhәbbәt,
Orda Tanrıdan gәlәn ilahi sınaq da var.
Yollara öz sapından muncuq kimi dağılmış
әrp bağlayan arzular, köhnәlmiş qınaq da var...
Düşünürsәn harada qaldı ötәn duyğular,
haradadı o qızın nәvazişli gözlәri?
Yaddaşdan – cәvahirat saxlanılan o yerdәn
nәyi xatırlayırsan, eşәlә, çıxar bәri...
N-ya
Yetdi, sona yetdi uzun bir nağıl...
sәn artıq kiminsә bal nәnәsisәn.
Özünü illәrdәn qorumaq üçün
örtmüsәn başına şal, nәnәsi, sәn.
43