Page 47 - Bagater Arabuli_Layout 1
P. 47

Gündüz yuxuları




                * * *

                Yenә sәnin qapının ağzına qayıdıb mәn,
                Durmuşam yorğun-arğın, üzülmüş, könlü talan...
                Haradansa bayırdan işıq düşür içәri...
                Bir gölmәçә görünür...  yağışdan sonra qalan.

                Bir vaxt ehtirasını mәnә bәxş elәdiyin
                kölgәlәrә bürünüb xışıldayır bağ yenә.
                Bu gecә pәncәrәsi nur saçan evin sәnin
                zülmәtdә bir adatәk durur, durur bax yenә.



                Qaburun şeytanı

                ...Yuxarı-Çimğa kәndindә
                David Qaburdan qoçaq adam yox idi...
                Gözәlliyi, mәrdliyiylә şimşәyә bәnzәyirdi,
                seçilirdi tay-tuşları arasında...
                Hәtta şeytan da Qabura vurulmuşdu
                vә bir gün biçәnәkdә qadın cildindә
                çıxdı qarşısına...
                David şeytanı tutub
                gәtirdi evinә...
                Şeytanın qızılı, günәş şüalarına
                bәnzәyәn saçları vardı.
                Taxtın üstünә uzananda
                saçı yataqdan sallanıb
                yerlә bir olurdu...
                Bir yana tәrpәnmәsin deyә,
                Qabur onun dırnaqlarını kәsib
                gizlәtmişdi qılıncının qınında.
                Qılıncasa qorxusundan
                әlini vura bilmirdi şeytan...
                                                     47
   42   43   44   45   46   47   48   49   50   51   52